Şou-biznes

"Rəqsanədən yazdınız, reytinq qazandınız"

13 İyul 2017 11:16
6 Şərh     Baxış: 2 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanə İsmayılova qızıl aldığı şəxslərə borclu olması barədə yayılan xəbərə reaksiya verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi rəsmi İnstagram hesabında paylaşım edərək iddialara cavab verib:

"Boş-boş danışılan, deyilən söz-söhbətə baş qoşmağa nə vaxtım, nə də zamanım var. Mənim üçün vacib olan ailəmdir. İndi sənətimlə bağlı layihələr hazırlayıram. Bundan başqa, mənə heç nə maraqlı deyil. Artıq bir ildir ki, yoxam, dincəlin. Rəqsanədən yazdınız, pozdunuz, reytinq qazandınız. 5-10 manata görə o biri dünyada nə cavab verəcəksiniz?

Çoxlarının düşə bilmədiyi Moskva şəhərində seçilən məclislərə dəvət alıram. Çörəyimi qazanıram, qeybət etmirəm, heç kimin haqqına girmirəm. Mənim haqqımda mənfi yazanlara Allaha həvalə edirəm. Əsl ədalət Allahdır". 

Xatırladaq ki, primetime.az saytı sənətçinin qızıl satıcısına 7 min manat dəyərində borcu olması barədə məlumat yayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.