Şou-biznes

Namiq Qaraçuxurlu: "Bazarda işləyirdim, çörək puluna ehtiyacım var idi" - FOTO

14 İyul 2017 21:07
5 Şərh     Baxış: 3 338

Meyxanaçı Namiq Qaraçuxurlunun Milli.Az-a müsahibəsi

- Efirlərdə son zamanlar nədənsə çox az görünürsüz. İnstagram hesabınıza da baxdım, axırıncı dəfə bir neçə həftə əvvəl foto paylaşmısınız. Olmaya siz də digər həmkarlarınız kimi istirahət edirsiniz?

- Təbii ki, yay fəslidir, hamı istirahət edir, həmçinin də mən. Mən sevmirəm ki, efirlərdə tez-tez görünüm, İnstagram-da gündə bir şəkil paylaşım. Yeni işlərim olanda efirlərdə görünürəm. Efirlərdə az-az görünməyim hətta şayiələrə də yol açır. Bəzən sevinirlər ki, sənətdən getmişəm. Deyirlər ki, getdi daha. O insanlar da onunla təsəlli tapırlar da.

- Söhbət sənətdəki dostlarınızdan gedir?

- Elə bir vaxta gəlib çatmışıq ki, nəinki sənətdə, adi həyatda da dostluq qıtlaşıb. Şou-biznesdə mənə elə gəlir ki, əvvəldən dost yox idi. Bu aləmdə olan dostluqlara inanmıram. Bu sənətdə tanışlıq var, müəyyən insanların bir-birinə xoş münasibətləri var. Ümumiyyətlə, şou-biznesdən o baxımdan böyük dəyərlər gözləmək olmaz. Düşmənçilik desəydiniz, deyərdim ki, var, amma dostluq yoxdur.

- Namiqin dostu yoxdur ki?

- Mənim xətrini istədiyim insanlar var, amma sırf olaraq onlarla dostluğumuz yoxdur. Dostluq odur ki, yaxşı gündə, pis gündə birlikdə olasan. Şou biznes deyəndə təəssüflər olsun ki, bizim gözümüzün qabağına saytlarda və efirlərdə tez-tez gördüyümüz insanlar gəlir, amma onların içində dəyərli insanlar da var. Amma bütün bunlara baxmayaraq, sənət aləmində heç kimlə yaxından dostluq etməmişəm.

- Şou-biznes demək olar ki, tükənib. Daha əvvəlki kimi canlanma yoxdur. Bu tükənmə nə ilə bağlıdır?

- Mən deməzdim ki, şou-biznes hal-hazırda tükənib. Artıq canlanma başlayıb. Mən bəlkə də 10 il idi ki, klip çəkdirmirdim. Səbəb isə efirlərimizdə klip saatının olmamasıdır. Mən yeni klip çəkdirmişəm, amma klipimi efirlərdə görmürəm. İnsanlar yalnız Youtub-da baxa bilir. Mən artıq başlayıram yavaş-yavaş klipdən soyumağa. Digər işlər də belədir. Lazımsız şeylərə daha çox önəm verilir, yaradıcı insanlar da həvəsdən düşür. Mən əsl sənət və sənətkarlardan danışıram. Mən hələ də öyrənirəm. İnsanın ruhu incəsənətlə yaşayanda başqa cür olur. Müğənnilərin çevrəsinə düşəndə ancaq puldan, toydan söhbət edirlər. Başqa söhbətləri olmur. Sənət adamlarının pula, toya meyli artıb. Qazandıqlarını çıxıb efirlərdə göstərəndə isə bu artıq qudurğanlıq olur. Yeri gəlmişkən, bir çoxları başqalarının maşınlarını öz maşınları kimi göstərir. Şou-biznesdə bu kimi hallar çox görmüşük.

- Bu sənətin nümayəndəsi kimi şou-biznesdə nə kimi yeniliklər etmək istərdiniz?

- Sözün düzü, bu haqda fikirləşməmişəm. Həmkarlarıma təklifdən söhbət gedirsə, çox xahiş edərdim ki, nəfslərinin qarşısını alsınlar. Fəaliyyət göstərən sənətkar heç vaxt acından ölmür. Şükür etmək lazımdır. Əvvəllər müğənnini toylarda çox hörmətlə qarşılayırdılar. Bizim sənətin içində özünə hörmət edənlər də, etməyənlər də var.

- Sizin özünəməxsus ifa tərziniz var. Gəlin etiraf edək ki, toylarda, efirlərdə sizin ifa tərzinizi təkrarlayanlar var. Onları görəndə qıcıqlanmırsınız?

- Dəfələrlə görürəm ki, ifa tərzimi təkrar edirlər. Bəzən buna təəssüflənirəm. Mənim üslubumdan istifadə edib indi söyləməyə bilərlər, amma gələcəkdə ola bilər ki, araşdıracaqlar, biləcəklər ki, bu üslubu mən sənətə gətirmişəm. Efirlərdə çıxıb demirlər ki, sənin tərzinlə oxuyuruq. Mən kiminsə üslubunu davam etdirsəydim, çıxıb deyərdim ki, filankəsin yolunu gedirəm. Həmişə deyirlər ki, rəvayətin təməlini sən qoydun, amma mən həmişə deyirəm ki, bunu mən özümdən əvvəl də görmüşəm. Olan şeyi çıxıb efirdə demək lazımdır.

- Toylardan söz düşmüşkən. Maddi qazancınız sizi qane edir?

- Mən bazarda satıcı işləyirdim, gündəlik çörək puluna ehtiyacım var idi. Sənətə gələndə mən risk etdim, işdən çıxdım, başladım daha çox işləməyə. Həyatıma sıfırdan başladım. Çox şükür olsun ki, nəticəsini də gördüm. Hal-hazırda da qazanıram, amma deməzdim ki, çox qazanıram. Nə qədər səviyyəyə doğru gedirsənsə, bir o qədər az pul qazanırsan. Səviyyəmi qoruyub saxlamasam, qazandığımın 10 qatını qazanaram.

- Vaxtilə duetləriniz çox idi. Uzun zamandır ki, heç kimlə duet ifa etmirsiniz.

- Duetlər də olacaq, amma bir az yubanır. Çünki bu məsələyə çox ciddi yanaşıram, uğurlu duetlərdən sonra uğursuz duetlərin olmasını istəmirəm. Yaxın günlərdə, inşallah, olacaq.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Ema · 14 İyul 21:2848

    Namiq sizə halal dl heç danlsanda etikadan kənar clxmlrslz

    Cavab yaz
  • Anonim
    Mmmm · 14 İyul 23:0772

    Allah aygunun canini sag elesin. Sizi bu seviyyeye catdrdi .deyeceksiniz ki aygunnen qabagda namiq meshurdu sevilirdi. Danilmaz faktdiki namiqle eyni ilde parlayib meshurlasan meyxanacilar indi ortada yoxdu. Aygunun boyuk komeyini danan nankor olar. Namiq gedb kremilde kansert vere bilerdi?esla bunu kim etdi namiqcun aygun aygun aygun. Seni ele sevdi urek

    Cavab yaz
  • Anonim
    fanatik · 15 İyul 00:0716

    Aygun namiqden ayrilandan sonra seviyeden dusdu ne etse alinmir bu göz qabaqindadi namiq aygunle oxumamisdan qabaq çoxku konsertler verib çox papulyar iydi namiq adi meyxanaçi olsaydi aygun ona baxmazdi bele aygunude mehsurluqu namiqle böyüdü ayrilan kimi yox oldu aygun fakt aygun indi oqederde mehsur deyil ok

    Cavab yaz
  • Anonim
    Ahu · 16 İyul 11:3600

    Hec men buna 5 qepik de verib toyumda oxutmaram. Aygunun sayesinde mehsurlasdi. Bir mesel var.. . . . . . !

    Cavab yaz
  • Anonim
    AAAAN · 16 İyul 18:4500

    Namiq Namiqdir adnın yanda kimsenin adna ehtiacı olmadı olmuyacaqda.çünkü onun Temiz üreyi. Gözel exlaqı. Qusursuz isdedadı var.Heyatdada senetdede Öznü tesdiqlemekçin bunlar ona yeter.Bunlar olduqu sürece Gerisi özü geler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.