Şou-biznes

Aytacdan yeni FOTOSESSİYA

20 İyun 2017 10:56
4 Şərh     Baxış: 3 986

Yeni ana olan müğənni körpəsinə daha çox vaxt ayırdığından və ailə qurduqdan sonra həyat yoldaşı ilə İstanbulda yaşadığından xeyli müddət sənətinə fasilə verməli olub. Hazırda ömür-gün yoldaşı ilə Bakıya qayıdan ifaçı sənətinə və repertuarına daha çox vaxt ayırır.

Milli.Az-a açıqlama verən Aytac Vidadiqızı yeni təqdim etdiyi fotosessiyanın bir müddət əvvəl işıq üzü görən "Qədrimi bil" mahnısının davamı olduğunu açıqlayıb:

Videonu izləmək üçün şəklə klikləyin:

Aytac Vidadiqızı - Qədrimi bil (2017)

"Sevinirəm ki, "Qədrimi bil" mahnım marağa səbəb oldu. Yeni bəstəm bir neçə həftədir təqdim olunsa da, artıq müsbət rəylər alıram. Sənətçi üçün bundan gözəl nə ola bilər?! Elə bu fotosessiyamı da məhz "Qədrimi bil" mahnım üçün etdim. Sizə bir sirr açım. Əlsində, "Qədrimi bil" bir layihədir. Hazırda adıçəkilən mahnıma ekran həyatı verməyi də düşünürəm. Bu işlərin hələ davamı da olacaq. Yaxın zamanda eyniadlı albomum da işıq üzü görəcək. Bununla da "Qədrimi bil" layihəsi yekunlaşacaq. Amma bilmək olmaz, bəlkə də, yekun konsertlə oldu".

Öz ünvanına yersiz tənqidlər eşidən Aytac Vidadiqızı bəzilərinə ismarış yollamağı da unutmadı:

"Çoxları məni tənbəl adlandırır. Mənim üçün önəmli olan mahnının keyfiyyətidir. Nə gəldi oxumaq mənlik deyil. Mən Vidadi Bərdəlinin qızıyam. Musiqi mənim qanımda axır. Mən keyfiyyətsiz və ya nə gəldi oxuya bilmərəm. Mən tez-tez görünməsəm də, bəziləri kimi tamaşaçının gözünü mazol etməsəm də, görünəndə səviyyəli və keyfiyyətli musiqi ilə, iş ilə ortaya çıxıram. Efirdən düşməyən müğənnilər qorxaq müğənnilərdir. Onlar unudulmaqdan qorxur. Mənim isə bu qorxum yoxdur. Mənim adımın üstündə atamın adı möhürdür. Bu ad dağ kimi mənim sənətimin arxasında dayanıb. Mən istəsəm də unudula bilmərəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    naza · 20 İyun 12:1620

    Allah bəd-nəzərdən saxlasın.

    Cavab yaz
    • Anonim
      Şamaxı · 20 İyun 14:5423

      Başa düşmədim, kimi, nəyi və niyə bədnəzərdən saxlasın. Burada bədnəzərlik heç nə yoxdu.

      Cavab yaz
  • Anonim
    seva · 20 İyun 18:1610

    Aytac xanim Allah vidadi berdeliye rehmet etsin.nur icinde yatsin.sizede ugurlar.balanizda atali anali boyusun

    Cavab yaz
  • Anonim
    Esger · 20 İyun 19:2910

    HER KES ALLAH GOZEL YARADIB SOZSUZ AMMA BU XANIMDA MEN GOZELLIK GORMUREM BELKEDE GOZELDIE AMMA MENE WIRIN GELMIR

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.