Şou-biznes

Nigar Camal polisləri biabır etdi: "Çox qudurublar"

19 İyun 2017 13:29
33 Şərh     Baxış: 6 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı müğənni Nigar Camal Dövlət Yol Polisinin əməkdaşlarından şikayətçidir.

Milli.Az baku.ws-ə isitnadən xəbər verir ki, 56-cı "Eurovision" Mahnı Müsabiqəsinin qalibi bu barədə sosial şəbəkədə yazıb. 

37 yaşlı müğənni DYP əməkdaşlarından narazılığını belə ifadə edib:

"DYP - axır zamanlar çox qudurub! Daha susmaq istəmirəm. İdeal olmasa da, mən həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında, ümumiyyətlə, maşın sürmək mümkün deyil. Yolda "inomarka" görən kimi arxasınca sürüb, saxlatdırırlar. İlk olaraq, kobud tonda kəmərə ilişir. Sonra da alkoqola. Əmin edirsən ki, alkoqol qəbul etməmisən, sənədlərin də qaydasındadır. Belə olanda da deyirlər ki, sizin bir cəriməniz var, maşınınızı cərimə meydançasına götürməliyik. "Cərimənizi ödəyin" demək əvəzinə, maşını aparmaq, sürücülük vəsiqəsini almaq istəyirlər. Mənim sürücülük vəsiqəm Böyük Britaniyaya aiddir, alsan, nə olacaq ki? Sadəcə, 20 dəqiqə yolda vaxt itirirsən.

Səhər yenə saxlayırlar. Düşündük ki, yenə kəmərə ilişəcəklər. Amma bu dəfə qəsdən deyir ki, telefonla danışırdız. Soruşuram ki, siz telefonu harda gördüz? Deyir ki, əlinizdə tutmusuz. Telefonun arxa oturacaqda çantamda olduğunu göstərirəm. Çarəsiz qalanda da deyir ki bəs siz polisin "saxla" əmrinə vaxtında əməl etməmisiz. Kəmər, telefon, indi də sizin "müqəddəs taxta"nız? İzah edirəm ki, yolda maşın, onsuz da, çoxdu, mən diqqətimi sizin sifətinizə yox, yola yönəltməyə çalışıram. 100 manat cərimə yazmaq istəyəndə də deyirəm ki, bayaqdan sizi kamera çəkirdi. Bunu eşidən kimi dərhal danışıq tonu dəyişdi, üzündə gülüş, zarafat. Məni də xoşluqla buraxdılar".

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Nigar Camalın yol polisi haqqında işlətdiyi ifadələrə münasibət bildirib.

K.Əliyev ölkə.az-ın əməkdaşıyla söhbətində N.Camalın polisi təhqir etmək fikrinin olmadığını söyləyib:

"Nigar Camal polis haqqında müəyyən kobud ifadələr işlədib. Sözsüz ki, o rusdilli xanımdır, bir az da ingilis dili təhsili var. Özü də etiraf edir ki, o sözü təhqir etmək məqsədi ilə deməyib. Həmin söz Nigar xanımın tərcüməni düzgün etməməsi səbəbindən yazılıb". 

Qeyd edək ki, N.Camal sosial şəbəkədə yazdığı statusda "DYP - axır zamanlar çox qudurublar" ifadəsini yazmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.