Şou-biznes

"Maşın"dakı reallıqlar, Məleykənin arxiv fotosu, aktrisa sevgilisini təhdid edən akademik, Elzayla jurnalistin videosu - HƏFTƏBECƏR

19 İyun 2017 07:07
18 Şərh     Baxış: 7 725

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (129-cu say) təqdim edir.

Diqqətli oxucularımız xəbərdardırlar ki, ötən həftə rubrikamızı təqdim edə bilmədik. Amma bu həftə maraqlı xəbərlərimiz var.

Nəhayət ki, "Maşın şou" bitdi. Öz təbirlərincə desək, çaşanlar, torba tikənlər, qatıqlayanlar qaldı bir kənara, maşın qismət oldu şounun ən şən və gülərüz siması İslam Mehrəliyevə. Bu arada tanınmış alim Zaur Qarabağinin bir müşahidəsi diqqətimi çox çəkdi. Sitatı olduğu kimi oxuyaq:

"Murad Arif Murad Dadaşovun bir layihəsində iştirak etdi. Ondan sonra "Maşın şou"da iştirak edib, avtomobil sahibi oldu. Dünən də Murad Dadaşovun komediya filminin baş rolunun ifaçısı İslam maşın qazandı. Təsadüfdürmü, yoxsa zərurət?"

Hər halda Murad Dadaşovun yarım milyonluq layihəsinə kölgə salmaq fikrim yoxdur. Ancaq şounun gedişatında bir neçə dəfə səslərin yanlış hesablanması, iştirakçıların verdiyi təzadlı açıqlamalar göstərir ki, bu dəfə Dadaşovun özü üçün "maşın əldən getdi".

Xalq artisti Məleykə Əsədovanın arxiv fotosunu yayıblar. Biri deyir kifirdi, biri deyir özünə maya qoyub, başqa biri söyləyir ki, pulum olsa, mən ondan da gözəl görünərəm. Etiraf edək ki, hər birimizin albomunda, telefonunda illər öncə çəkdirdiyimiz və bu gün baxıb güldüyümüz, özümüzün belə utandığımız fotolar var. Ya çox arıq olmuşuq, ya qadındırsa, qaşları çox qalındır və sair. Ən pisi odur ki, Məleykə xanım "bu gözəllik Allah vergisidir" deməklə qıcıq doğurur. Çox rahatlıqla "bəli, müəyyən plastik, estetik əməliyyatlar, prosedurlar etdirmişəm" deyib necə deyərlər, söhbəti bağlamaq olardı. Elə deyilmədiyinə görə də camaat həmin fotonu paylaşıb başlığında da "ilahi gözəllik" yazır.

Rafet El Romanın Bakı konserti təxirə salınıb. Səbəbiylə maraqlanmadım. Bu, təxminən ona bənzəyir ki, qonşumuz Əhməd dayının oğlunun toyunu əsgərlikdəki digər oğlunun istəyinə uyğun olaraq bir az ertələyiblər. Yəni, Rafetin Bakıya gəlməyi yox, gəlməməyi təəccüblüdür bundan sonra.

Model-aktrisa Əfsanə Qasımova təhdid olunurmuş. Özü də keçmiş sevgilisi, məşhur memar-akademik Cahid Həsənov tərəfindən. Bir xanımın sosial şəbəkədə yazdığı şərh çox xoşuma gəldi. Deyir ki, sən bu adamla münasibətə başlayanda öz görünüşünə, gəncliyinə niyə qiymət vermədin? Kiminsə zahiri görünüşüylə işim yoxdur. Amma ortada 20 yaş fərq var axı. İndi də ağsaqqal əsəbləşib ki, səni öldürəcəm.

Müğənni Aysel Əlizadə məşhur "Porşe"sini üzə çıxarıb. Amma maşına əməlli-başlı haqsızlıq ediblər. Hansı müğənni olsaydı, indi o maşına üzəçıxdı, qırxçıxdı kimi məclislər təşkil edib, "yumuşdu". Zarafat deyil e, iki aydır hər kəs o maşından və maşını hədiyyə edən daydaydan yazır.

Bir həftə öncə Elza Seyidcahanla ARB telekanalında yayımlanan "Elin gözü" verilişində qonaq idik. Yəqin çoxlarınız həmin verilişdən olan videoya da baxmısınız. Çox istərdim ki, baxmayanlar bir də baxsınlar. Adam nə qədər mədəniyyətdən kənar olmalıdır ki, bu cür davransın? Nə qədər cahil olmaq lazımdır ki, özünü Vaqif Mustafazadə boyda dahiylə müqayisə edəsən. 41 yaşına qədər dünyanı fəth etmiş bir əfsanəylə Elzanı eyni tərəziyə qoymaq insafdırmı? O videoda Elza deyir ki, tanımadığım jurnalistlə məni üz-üzə oturtmayın filan. Bəlkə bunu da çoxları xatırlayır. Təxminən 4 il öncə məhz həmin Elzaya görə ANS-in canlı yayımına Nailə Mirməmmədli qoşuldu və məndən xahiş etdi. Xahiş bu idi ki, Elzayla işim olmasın. Halbuki, Elzayla işim yoxdur. Çünki daha ciddi işlərim var. Bəlkə də fikrimi tam izah edə bilmədim. Amma vaxtınız olsa o videoya mütləq baxın.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

18 Şərh:

  • Anonim
    Milana · 19 İyun 08:3160

    Evveller senin yazilarin daha keskin idi.Yeqin qulagini burublar

    Cavab yaz
  • Anonim
    Arzu · 19 İyun 08:4221

    Cox sag olin Intiqam bey.bu defede supperr.Elzanin sizinle isi olmasin.sizin onsuz da bir isiniz olmaz mence

    Cavab yaz
  • Anonim
    Bb · 19 İyun 08:5137

    Bu jurnalist bu orucluqda qeybetden danışmaqdan qorxmayan,etimi tökmekle meni arıqladır 50 kq idim her defe bu qarşıma çıxdıqca 30 oldum

    Cavab yaz
  • Anonim
    Wirin · 19 İyun 09:2122

    Hemin vidioya men baxmiwam heqiqeti qebul etmek istemeyib yaltaqliqla deyilen sozleri daha rahat qebul edirler.

    Cavab yaz
  • Anonim
    1988Jale · 19 İyun 09:2551

    Salamalar her kese.Yenede maraqlı ve olduqu kimi yazmisiniz.Yazan Elleriniz var olsun .

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 19 İyun 09:2751

    Herwey duzdu. Qeleminize quvvet

    Cavab yaz
  • Anonim
    melek b · 19 İyun 09:3170

    maraqli yazidir.ARB verlise baxdim gorunur Firuze xanimda Elza ile,,,hemfikirdi,,,bu gun sabah Fizulininde serlerin Elzadan calinti olmasin bilsek tec.etmerik.

    Cavab yaz
  • Anonim
    Aykaa · 19 İyun 09:4101

    Yene cooox maraqli heftebecer olduu?))))))))))

    Cavab yaz
  • Anonim
    Moskvali · 19 İyun 09:5161

    Intiqam bey yene twkler oz yerinde. Amma Elzanin yadda qalmayan mahnilarina, uzdeniraq werlerine, ve en bawlicasi devet olundugu kanallarda ozune, tamawacilara qoydugu hormet goz qabagindadir. Hele himnimizi biabirci terzde teqdim etmeyi demirem. O ki qaldi Vaqif Mustafazadeyle muqayiseye qoyun xeyal plovdan doyunca yesin. Ruslar demiw "mectat ne vredno"

    Cavab yaz
  • Anonim
    Azer · 19 İyun 09:5142

    Salam.kecen hefte buraxilisinizi cox gozledik.yaxsi ki bu hefte yazmisiz.he ne yox meleyke xanimin fotosu hamini sokasalib.ozunu gozellik kralicasi sanan aktrisa sen deme dirnaqarasi bu gozelliye gore plastikcerrahlarin defelerle yeqin ki apardiqlari emeliyyatlara borcludu.masin sou baslana ilk gunden xeber verilmisdi kimasini ISlam aparacaq ele de oldu.ona gore de nen teeccublennedim.Bir daha sag olsun Intiqam bey bu hadiseleremaraqli serhler yazir.sag olun.gelen hefte maraqli yazilar oxumaq umidile

    Cavab yaz
  • Anonim
    Anonim · 19 İyun 10:0520

    Başa düşmədim doğurdanda Nailə zəng edib deyibki Elzayla işinn olmasın? Bilən varsa ətraflı yazsın , xahiş Nəsə maraqlı gəlir mənə

    Cavab yaz
  • Anonim
    cinare · 19 İyun 10:1223

    "Mawin sou"!elbetteki,"yuz olcub bir bicen"Murad Dadawovdur.nece olmali idiki?!ssenari evvelden yazilir nede olmasa.beyler bir yana,nolubun ay xanimlar yapiwirsiz o mawinnan.Aysel kimi "bacariqli"olun sizde ki,eziyyet cekmeden,ayaquste daanmadan "porshe"qazanasiniz) Eh Elzadida,neylesine)Meleyke Esedovaya gelende ise,beli estetik-plastik emeliyyat onu "barbie"kukulasina donderib.halbuki o vaxtlar wokolad koropkasinin ustunde retqi colkali wekillerini hami xatirlayar yeqinki:)

    Cavab yaz
  • Anonim
    DD · 19 İyun 10:4832

    Intiqam muellim meslehet vermek kimi cixmasin ama Elza kimi seviyye qitligi yasayan biri ucun vaxtinizi,sozlerinizi ziyan etmeyin mence...

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 İyun 11:0352

    Cox gozedl Intiqam bey men verilise baxdimmm,Onsuzda Elin gozu ve Elgizin gozu terezidir, bu defeki heftebecer de superrrr, Meleyke barede lappp ureyimnen yazmisiz, men arxiv foto haqqinda serh yazmisdim, qalin qaslar ve buruq sac haqqinda , tamamile raziyam sizinle sadece Allahin verdiyi tebbiii gozellik demekle adami eseblesdirir Ellerinize saqliq xosuma geldi.

    Cavab yaz
  • Anonim
    asi · 19 İyun 11:1653

    Salam..O videoya baxanda yazmışdım ki, "Gələn həftəbecər maraqlı olacaq''.Sonra həftəbecər olmadı, nəzərimdə tutdum ki, bu həftə yazım ki, həftə becər arada iki həftədə bir becər olur)..Dahi Nizami deyib ki,"Dənizə min çay axar, o yenə sakit durar..Arxa bir sel gələndə çalxalanıb ləngər vurar"..Bu misal Elza üçün....Maraqlı idi, çox sağ olun.

    Cavab yaz
  • Anonim
    Şafa · 19 İyun 11:1933

    Bu dəfə eləbil sönük yazmısız

    Cavab yaz
  • Anonim
    LADY- L · 19 İyun 17:5790

    Bilmirem Intiqam bey bu sherhimi oxuyacaq ya yox. Amma oxusa cox yaxshi olar. Bir nece il bundan evvel Intiqam Valehoglu imzasiyla bir meqale oxudum. Hansisa xestexanalardan birinin qapicisi o meqalede tenqid yox emelli bashli tehqir olunurdu. Sebeb de o idi ki, bash hekim hemin o qapiciya gosterish veribmish ki, Intiqam beyi musahibe ucun iceri buraxmasin. Intiqam beyin de qeleminin mehareti hemin o bash hekimin tenqidine yox 5 qepik corek pulu ucun qapida dayanmaga mecbur olan her emre muntezir qapicini tehqir etmeye catmishdi. Men o meqaleni oxuyandan sonra basha dushdum ki, her eline qelem goturub yazan jurnalist adina layiq ola bilmez. Elde olan imkandan istifade edib xirda-para qerezi de xeber adiyla ishiqlandirmaq ne obyektiv jurnaliste yarashan hereketdi ne de vicdanli insana.

    Cavab yaz
  • Anonim
    Esebi · 19 İyun 20:3800

    Intiqam bey terbiyeli aqir medeni birisidi xeyli guldum Allah guldursun sizi.toyda iwtirak elemiwik medeni insandi yazilari da ela

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.