Şou-biznes

Qazaxıstandan gələn gənc müğənni: "Azərbaycanda yaradıcılıqla məşğul olmaq ən böyük arzularımdandır" - FOTO

16 İyun 2017 19:20
0 Şərh     Baxış: 1 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində qazaxıstanlı həmyerlimiz, gənc müğənni Naili İmran mətbuat konfransı keçirildi.

Milli.Az xəbər verir ki, ilk dəfə Azərbaycan mediasının qarşısına çıxan gənc ifaçı həm mətbuat nümayəndələrinə özünü tanıtmağa çalışdı, həm də yeni layihəsini təqdim etdi. Yeri gəlmişkən, onu da qeyd edək ki, Naili Qazaxıstanda tanınmış gənc səslərdən sayılır. Atası da müğənni olduğundan, Naili beşiyinin başında muğamın səsləndiyini, qanında, canında milli musiqinin olduğunu qeyd etdi: 

"Mən Azərbaycandan uzaqda doğulub yaşasam da, ürəyim hər zaman Vətənlə döyünüb. Evimizdə Azərbaycan musiqisi səslənib, ürəyim vətənlə vurub. Azərbaycana gəlmək, burada yaradıcılıqla məşğul olmaq ən böyük arzularımdan olub. Başqa ölkədə nə qədər sevilib tanınsan da, vətənin yerini heç bir məkan vermir. Şükr ki, yavaş-yavaş bu arzuma doğru gedirəm. Mən Azərbaycan mətbuatından da bu baxımdan dəstək gözləyirəm. Çətin bir yola çıxsmışam, bu yolda mətbuatın dəstəyinə mənə elə gəlir bundan sonra daha çox ehtiyacm olacaq. Bu gün məni dəstəkləyən insanlar var. Qazaxıstanda da Azərbaycan diasporası böyük işlər görür. Mən də diasporanın təşkil etdiyi bütün təbdirlərdə iştirak edirəm, Azərbaycan musiqisini Qazaxıstanda təbliğ edirəm. Amma vətəndə olmaq sevinci daha fərqli hissdi. İstərdim ki, vətəndə də mənə qucaq açsınlar".

Mətbuat konfransında xalq artisti Gülyanaq Məmmədova da iştirak edirdi. Tələbəsinin uğurlarına Senvinən xalq artisti "Mən Qazaxıstanda səfərdə olanda Naili ilə tanış oldum. Gözəl ailəsi var. İlk dəfə onun səsini eşidəndə vurulduq. Qısa zaman sonra Naili mənə müraciət edib muğam dərsləri almaq niyyəti olduğunu söylədi. Təbii ki, sevərək razılaşdım. Bakıya gəlib muğam dərsləri almağa başladı. "Şahnaz" muğamı ən çətin muğamlardan sayılır. Naili "Şahnaz" muğamını o qədər gözəl öyrəndi ki, özüm də mat qaldım. Nailinin ruhu, canı musiqi ilə yoğrulub. Qazaxıstanda Azərbaycanı yetərincə təbliğ edir. Mən ona təkcə tələbəm kimi baxmıram. O, mənim qızımdı. Biz sənətçilər gənc nəslə dəstək verməyə borcluyuq. Zamanında bizə də dəstək verənlər olub. Mən mətbuatdan də bu gözəl qızımıza dəstək istəyirəm" söylədi.

Tədbirdə Nailinin prodüseri Tural Nəsirov da çıxış etdi. Bildirdi ki, Nailinin səinə güvəndiyi üçün onunla böyük laiyhələrə imza atacağına əmindir. Mətbuat konfransında Nailinin ilk əvvəl Qazaxıstanda bu illər ərzində gördüyü işlər, laiyhərin qısa video roliki təqdim edildi. Azərbaycan musiqilərini Qazaxıstan səhnəsində təbliğini sübut edən video materiallar media nümyanədəlrinə nümayiş edildi.

Daha sonra Nailinin "Gizləyə Gizləyə" adlı yeni klipi təqdim olundu. Məlumat üçün bildirək ki, klipin rejissoru Emil Babayevdi. Mahnınnın sözləri Məlahət Kərimqızına, musiqisi İlkin Həsənə məxsusdu. Mahnının aranjmanı Rübail Əzimova aiddi. Klip ritmik musiqi üzərində lentə alınıb. Gənc turist qızın Azərbaycanın dilbər güşələrindən birnində bir fotoqrafa aşıq olması və bu sevginin təəssüratları klipdə öz əksini tapıb. Yerli media nümaynədələri klipi izlədikdən sonra gənc müğənnini əməlli-başlı sual atəşinə tutdular. Təbii ki, Qazaxıstandan gələn həmyerlimizin yaradıcılığı yerli jurnalistlərin də marağına səbəb oldu. Naili bir il ərzində iddialarının böyük olduğunu, bir neçə layihə üzərində çalışdığını qeyd etdi. Sonda xanım iafçı tort kəsdi və onu təbrik edənlərə təşəkkürünü bildirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.