Şou-biznes

Elton "Maşın" realiti-şosunun finalına niyə gəlmədi?

16 İyun 2017 15:53
2 Şərh     Baxış: 2 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maşın" realiti-şosunun finalı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bütün iştirakçılar final günü bir araya gəliblər. Amma müğənni Elton Hüseynəliyev proqrama qatılmayıb.

Verilişin aparıcısı Murad Dadaşov ifaçının prodüseri Tolikə "Niyə Elton gəlmədi" sualını ünvanlayıb.

Tolik isə buna səbəb E.Hüseynəliyevin Bakıda olmamasını göstərib. O bildirib ki, müğənni hazırda İstanbuldadır.

E.Hüseynəliyev "Maşın" şounu ilk tərk edən iştirakçı olub. Səs toplaya bilməyən sənətçi yarışmadan getdikdən sonra qalmaqallı açıqlamalar verib. O bildirib ki, oyundan getməsi M.Dadaşovun quraması olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.