Şou-biznes

Murad Dadaşov: ""Maşın şou"ya gəlmək üçün pul verən, tapşırtdıran var"

20 May 2017 14:05
1 Şərh     Baxış: 3 748

Bu gün aparıcı Murad Dadaşov media nümayəndələri ilə görüşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, yeni başlayacaq "Maşın şou" və əvvəlki proqramlarda olan problemlər haqqında danışıb:

"İlk "Maşın şou"da avtomobil şirkəti bizi aldatdı, maşını vermədi. Gedib başqa şirkətlə danışıb avtomobil aldıq. İndiki şou ətrafında da artıq qalmaqallar başlayıb. Gələ bilməyənlər oldu, çox narahatdırlar ki, onlarla yanaşı kimlər olacaq. Çalışıram hamı ilə dost olum. Hər adam bura gəlmək üçün seçilir, dəvətimlə gəlirlər. "Maşın şou"ya gəlmək üçün tapşırılanlar da olur, amma qəbul etmirəm. Hətta "pulunu verim, gəlim" deyənlər də oldu. Bu şounun istehsalat xərci yarım milyon manatdır. Şərikli iş ola bilməz. Artıq 13-cü "Maşın şou"dur, onlardan 10-u məşhurlarla keçirilib. 

M.Dadaşov şouda onu şok edən hadisələrdən də danışıb:

"Elariz Məmmədoğlu Faiq Ağayevi çıxaranda şoka düşdüm. Heç kim bunun olacağını bilmirdi. Çünki o vaxt kimsə adı-sanı olanlara nəsə deməyə cəsarət etmirdi, indi isə hamı status sahibidir.

Aparıcı yeni şounun heyəti barədə ipucları da verib:

"Hələ belə heyət olmayıb. 9 yeni, 9 keçmiş iştirakçı olacaq. Qalibə 30 min dollarlıq avtomobil verəcəyik". 

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    duzdeyenov · 20 May 21:4500

    Bunun pulu qutarib yeqin. Ses gonderenleri qinayiram.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.