Şou-biznes

Elnarə tanınmışların geyimini tənqid etdi: "Artıq ətləri görünür"

19 May 2017 19:18
5 Şərh     Baxış: 5 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şou-biznes əhli qatıldıqları məclisdə hər dəfə fərqli geyimdə, tərzdə görünürlər. Bəzən onların seçdikləri tərz özlərinə yaraşmır, bəzən isə makiyajla paltar uyğunsuz olur.

Milli.Az xəbər verir ki, imicmeyker Elnarə Bəkirova tanınmışların geyimlərini axşam.az üçün təhlil edib:

Zövqlü və zövqsüzlər kimlərdir?

Fatimə Fətəliyevanın
 paltarının məxmər parçası dəbə uyğundur. Amma bu parçanın üstünə bu qədər qabarıq aksessuar vurulması yersizdir. Məxmər özü onsuz da diqqət çəkir. Heç olmasa saçını sadə yığardı. Başına taxdığı aksesuar da uyğunlaşmır. Həm də bu parça onu kök göstərir.

Günay İbrahimli zövqlü görünür. Saç və makiyajı da geyindiyi paltara uyğun gəlir. 

Səbinə Babayeva bu görünüşdə kinoteatra gəlib. Onun məkanda başında eynəklə olmağı qəbuledilməzdir. Şalvarının ətəyi düzgün ölçüdə deyil. Çantası isə çox adidir. Əlcəkləri yersiz taxıb, ona heç ehtiyac yox idi. Bu qədər qızıl taxması mənasızdır. Heç geyindikləri ilə də uyğun gəlmir.



Mehriban Xanlarova ümumi baxanda yaxşı görünür. Amma bu cür enli ətək onun bədən quruluşuna yaraşmır. Eyni zamanda da yaşına uyğun deyil. Bu tip ətəklər bir az uzun olmalıdır. Burada "cici qız" obrazı yaratmaq istəyib, amma əksi alınıb. Kofta da ona uyğun deyil. Qollarında artıq ət var, onları çox ortaya çıxarıb. 

Aysel Əlizadə hər zaman zövqlü geyinir. Amma bu paltarı çox sadədir. Görünüşündə zövqsüz amillər yoxdur. 

Samirə Əliyeva bu ilin dəbinə uyğun olaraq "pijama stili"ndə geyinib. Bədən quruluşu ideal deyil. Samirə xanımın da belə güllü və enli paltar geyinməsi düz deyil. Belə geyimlər incə xanımlara yaraşır. 

Xatirə İslam normal şalvar və dəri gödəkcə geyinib. Xırdalıqları nəzərə alsaq, heç də bədən ölçülərinə uyğun seçim etməyib. Saçlarını yığsaydı, bu geyimə daha çox uyğun gələrdi. 

Mətanət İsgəndərli hər zaman stilinə sadiq olub. Üstən büründüyü şərf bir az anlaşılmazdır. Üzərində güllü işləmələr olan paltarlar artıq çəkili xanımlara yaraşmır. 

Aygün Kazımovanın libası yaxşıdır. Amma onun boyunu qısa göstərib. Ətək dizdən aşağıdır, çəkmə isə uzunboğaz. Bu geyim üçün ayaqqabısı çox kobuddur. Onu daha incə bir ayaqqabı ilə geyinsəydi yaxşı olardı. 

Məleykə Əsədova saç və makiyaj stilinə çox sadiqdir. Yenə hər zamankı kimi dəbdən uzaqdır. Saç və makiyajı geyiminə görə çox qabarıqdır. Məncə bu cür kobud ayaqqabı əvəzinə "stilletto" geyinsəydi, daha düzgün olardı. Paltarın arxasındakı uzun parça isə artıqdır. Kürkü dəbli deyil. Hələ onu yazda geyinməsi isə lap yersiz olub. 

Emma Ələkbərzadənin makiyajı və geyimi yaxşı görünür. Adi dondur, geyinib və toya gəlib. Üzərində heç bir element yoxdur. Ümumilikdə yaxşı görünsə də, dəbdən kənardır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.