Şou-biznes

"Müğənnilərin "yuxarılar"ından zəng gəlir ki, bu xəbəri yığışdırın" - Tanınmış jurnalist - VİDEO - FOTO

19 May 2017 15:28
4 Şərh     Baxış: 3 494

ARB TV-nin "Gəlin danışaq" proqramının növbəti qonaqları, jurnalistlər Şahin Cavadsoy və Türkan Məmmədli olub.

Milli.Az bildirir ki, maraqlı açıqlamalarla çıxış edən jurnalistlər, şou əhlindən ağız dolu danışsalar da, bəzilərinin onlar haqqında yazılan xəbərlərə qarşı çıxdıqlarını da bildiriblər:

Şahin Cavadsoy: "Son həftələr Şəbnəm Tovuzlu medianın gündəmini zəbt elədi. Bir insanın şəxsi həyatına bu qədər müdaxilə etmək olmaz. Burada bir müğənni qaynağı var. Qaynağın müğənni tərəfindən gəldiyi artıq bəllidir. Türkan müğənnilərin ailələrinə qədər gedib çıxır. Məsələn, Şəbnəmin elə uşağının 40 mərasimində bir jurnalist dəvət olunmuşdu, o da Türkan idi. Demək istəyirəm ki, müğənnilərin özəlləri deyilən bir şey yoxdur artıq".

Türkan Məmmədli: "Biz müğənnilərlə elə münasibətə çatmışıq ki, onların haqqında həqiqət yazanda belə inciyirlər. O qədər istəyirlər ki, biz artıq dost olmuşuq, yəni hamısını tanıyırıq. Əslində, bu qədər yaxın olmaq lazım deyil. Çünki oturub fikirləşirsən ki, bu xəbəri eşitdim mən, çox böyük reytinq gətirər, oxucu gətirər. Həqiqət olduğunu dəqiq bilirsən. Amma yaza bilməyirsən. Bilirsən ki, inciyəcəklər. Flankəsin adamı zəng edəcək, flankəsin tanışı zəng edəcək. Onların "yuxarılar"ından zəng edirlər ki, yığışdırın, toxunmayın".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Sebr · 19 May 15:4240

    Deməli sizə də sərf eliyir o yuxarılar!?Sərf efməzsə gözünüzü yumub yazarsınız.Hər kəsin bir işi var,bu da sizin sənətinizdir..Düzə düz,əyriyə əyri yazın getsin!!Yuxarıları da ancaa silikon dodaqlarıdı!

    Cavab yaz
  • Anonim
    Efqan · 19 May 16:5550

    Deqqetle oxumadim , anjaq gördümki çox mentiqsiz söhbet yazilib burda . Özüde bilmir ne demek isteyir . Bizim verilişler bundan artiq olmazki

    Cavab yaz
  • Anonim
    Əfqana · 19 May 20:5923

    diqqətlə oxumadan nə bildin ki məntiqsiz yazıdı ? anjaq yalan danışmağı bilirsən

    Cavab yaz
    • Anonim
      Efqan · 19 May 22:0200

      Savadli , menali yazilar başligi oxuyan kimi bilinir . Ne vaxt yakan danismişam ?

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.