Şou-biznes

Öldüyü xəbəri yayılan azərbaycanlı müğənni tanınmaz halda - FOTO

18 May 2017 22:26
11 Şərh     Baxış: 33 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanlar şou-biznesdə öz açıq-saçıqlığı və çılpaq şəkilləri ilə gündəmdə olan Bagira...

Şou aləminin seks-simvolu sayılan müğənni bir müddətdən sonra guya türkiyəli vətəndaşa ərə getdiyini və Türkiyəyə köçdüyünü deyirdi.

Şayiələr öz təsqini tapmamış sənətçinin uzun müddət QİÇS xəstəliyindən əziyyət çəkdiyini və buna görə də dünyasını dəyişdiyi xəbəri yayıldı.

Milli.Az big.az-a istinadən bildirir ki, məhz bu xəbəri də prodüser Mikayıl Hüseynov sosial şəbəkədə təsdiqlədi:

"2011-ci ildə Bagiranın ölüm xəbəri yayılmışdı. Onunla işbirliyinə son qoyduğum üçün elə bilirdi ki, bu məlumatı qəsdən mən yazdırmışam. Türkiyədə olan yaxın dostum bugün mənə zəng etdi ki, Bagira, yəni Aynurə dünyasını dəyişib. Bir vaxtlar müğənni kimi çalışan xanım bu dəfə doğrudan da vəfat edib. Çox pis oldum. Allah rəhmət eləsin! Elə bir insanam ki, kimliyindən asılı olmayaraq, mənə yaxşılıq edən heç kimi unutmuram. Mənə bir az da olsun yaxşılıq edənin də hörmətini saxlayıram".

Çox keçmədi ki, bu xəbərin də yalan olduğu ortaya çıxdı.

Sağ və salamat olan Bagira ifaçılığın daşını atıb. Dodağı və burnunda bir neçə dəfə estetik əməliyyat keçirən xanım tanınmaz haldadır. Saçlarını sarı rəngə boyadan keçmiş ifaçı hətta səhnə adından da imtina edib. O indi əsl adı Sevda kimi sevdiyi şəxslə vətəndaş nikahındadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.