Şou-biznes

Türkiyəyə ərə gedən azərbaycanlı aparıcı: “İkimiz də masanın altına girib...” - FOTO

18 Aprel 2017 23:59
32 Şərh     Baxış: 22 539

Milli.Az lent.az-a istinadən ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədovanın müsahibəsini təqdim edirik.

- Gülnarə, Bakıya tez-tez gəlirsən?
 
- 4 il olacaq ki, Türkiyəyə köçmüşəm. İki ildir də ailə qurmuşam. İldə 2-3 dəfə bura gəlirəm. Anam da İstanbula gəlir, onu görürəm.
 
- Necə qərara gəldin ki, Türkiyəyə köçəsən?
 
- Orada yaşamaq fikrim yox idi, sadəcə gəzməyə getmişdim. Rəfiqələrimdən orada ailəli olanları var. Onlar təklif elədilər ki, bəlkə qalasan. Dedim, yox, burada qalıb nə işləyə bilərəm, necə yaşayaram? Ömür boyu televiziyada aparıcı olmuşam. Türkiyədə batıb qalaramMəsləhət gördülər ki, bir ay qalım, baxım görüm necədir. . Bir neçə gün sonra qəfildən qalmaq qərarı verdim. O bir ay oldu 4 il (gülür). İş də tapdım, işlədim. Əvvəlcə tur agentlikdə işləməyə başladım.
 
- Düşünürdün ki, orada qalmaqla risk edirsən?
 
- Orada yaşamaq qərarı vermək çətin olmadı. Bir anda qərarımı verdim və heç də peşman olmadım. Telefon donanda onu format etdirmək lazımdır. Mənim də həyatım donmuşdu, məqsədim yox idi, heç bir şeydən xoşbəxt ola bilmirdim, nə istədiyimi, necə davam edəcəyimi bilmirdim. İşimdən belə, bezmişdim, davam etdirmək istəmirdim. Ona görə Türkiyəyə getməklə həyatımı sanki format etdirdim. Bununla da həyatım yüngülləşdi və daha gözəl oldu.
 
- Ora alışmaq çətin olmadı? Çünki burada tanınmış sima idin, orada isə sıradan bir adam.
 
- Orada insan heç özünü yad hiss etmir. Tam əksinə, daha şən, daha xoşbəxtəm. Təkcə anam üçün çox darıxıram. Anam hər zaman yanımda olsa, orada daha da xoşbəxt olaram. Heç bir çətinlik çəkmədim, mənə qəribə gələn heç nə olmadı. Adət-ənənəmiz birdir. Əlbəttə ki, bəzi kiçik fərqli məqamlar var. Onlara da tez bir zamanda alışırsan. Əksinə, İstanbula gedən gündən daha rahat idim. Bəlkə Türkiyədə məni tanımırlar ona görə.
 
- Türkiyəyə gedəndə subay xanım idin. Heç orada qalmaq qərarına gələndə "bəlkə ailə də qurdum", - deyə düşündünmü?
 
- İstanbula gedəndə 5 il idi ki, subay xanım idim. Həmin illərdə Azərbaycandan evlilik təklif edənlər çox oldu. Onların arasında tanınmış insanlar da vardı. Amma kim olduğunu deməyəcəm. Elə Türkiyədə də evlilik təklif edənlər oldu. Ancaq mən heç vaxt ərə gedim deyə ailə qurmaq istəməmişəm. Aşiq olmaq, sevmək istəyirdim. Bir də, atam olmadığı üçün hər kişidə ata qayğısı hiss etmək, dostluq, yoldaşlıq arzulayırdım. Onları da həyat yoldaşımda gördüm. Yaxşı ki, onunla ailə qurdum.
 
- Sırf istədiyin insan qarşına çıxmadığı üçün Bakıda ailə həyatı qurmadın?
 
- İndi yenə şərhlər yazacaqlar ki, Azərbaycanda kişi tapmadı, getdi Türkiyəyə. Bilmirəm bizim insanlar niyə belə düşünürlər. Mütləq azərbaycanlı, ya da türklə ailə həyatı qurmalıyam deyə bir fikrim olmayıb. Bu, qismətdir. Demək, Azərbaycanda ailə həyatı qurmaq qismətim deyilmiş. Bəlkə Azərbaycanda mənə düzgün yanaşmayıblar, bəlkə inanmamışam, güvənməmişəm, sevməmişəm, bəyənməmişəm. Bunlardan irəli gələ bilər.
 
- Həyat yoldaşınla necə tanış oldun?
 
- 3 gün idi İstanbulda idim, rəfiqələrimlə gəzirdik. "Kapalı çarşı" deyilən o məşhur yerə getdik. Həyat yoldaşımın da orada kafesi var, orada yemək yeməyə girdik. Özgür bizim İstanbula qonaq gəldiyimizi bildi, yaxınlaşdı, "xoş gəlmisiniz" dedi. Tanış olduq, bir az söhbət etdik, bizi qəhvəyə qonaq etdi. Sonradan bildim ki, mən içəri girən kimi çox bəyənib və ona görə bizim masaya yaxınlaşıb. Əvvəlcə dost qaldıq. Tanış olmağımızdan 2 ilə yaxın vaxt keçmişdi, ondan sonra bir araya gəldik.
 
- Dostluq sevgiyə necə çevrildi?
 
- Orada "mənim həyat yoldaşım ol" təklifi kimi, "mənim sevgilim ol" təklifi də var və normaldır. Çünki orada heç vaxt münasibətləri bir-birinə qatmazlar. Dostsansa dostsan, sevgilisənsə sevgilisən. Biz də dost idik. Bir gün mənə dedi ki, "sevgilim olmağını istəyirəm". Çünki biz onunla dost idik, dərləşirdik, bir-birimizlə sirlərimizi bölüşürdük. Hətta mənə yaxın bir ildə evlənmək istədiyini, amma qarşısına istədiyi insanın çıxmadığını deyirdi. Ancaq evlənmək dedikdə heç məni də nəzərdə tutmurmuş. Çünki onun mənə qarşı qorxusu var idi. Bilirdi ki, Azərbaycanda televiziya aparıcısı olmuşam. Türkiyədə aparıcı, aktrisalara münasibət fərqlidir. Onlar düşünür ki, tanınmış insanlar adi insanları bəyənməz. Onun da mənə qarşı "bu qız məni bəyənməz" qorxusu var idi. Bir gün görüşdük, çox həyəcanlı idi. Mənə güllər və boyunbağı uzatdı, dedi, "mənim sevgilim olarsanmı?" Mən də dedim, baxaram. Bir ay keçmədi evlənmək təklif etdi.
 
- Dost olduğunuz müddətdə sənin ona qarşı başqa hisslərin yaranmamışdı?
 
- "Əmanətə xəyanət yoxdur", dostuqsa dostuq. Heç düşünmürdüm ki, ona ərə gedim. Amma hər zaman fikirləşirdim ki, yaxşı oğlandır, yaxşı insandır, çox diqqətlidir. Lakin elə burda da özümü durdururdum. Çünki aramızda dost münasibəti var idi. Biz həm də öyrəşmişik axı ilk addımı kişi atmalıdır.
 
- O, səninlə evlənmək istəyənlər olduğunu bilirdi?
 
- Bəli. Ən çox xanımlar məni qardaşları, qohumları üçün istəyirdilər. Yəni "görücü" üsulu ilə (gülür). Baxdıqlarım da oldu, bəyənmədiklərim, qorxduqlarım da. Kim deyir ki, ilk görünüş aldadıcı olar, bu, yalandır. İlk təəssürat çox vacibdir, ilk görüşdən insanı bəyənməlisən, türklər demişkən, elektrik almalısan. Mən də ilk görüşdən heç bir şey hiss etməyəndə davamını gətirmirdim. Amma həyat yoldaşımı ilk dəfə görəndə ürəyimdə demişdim, "çox yaraşıqlı adamdır" (gülür). O da mənim kimi gözlərdən gülür. Mən ümumiyyətlə, gözdən gülən insanları çox sevirəm.
 
- Onda demək ona olan hisslərini cilovlayırdın?
 
- Demək olar ki, hə. Amma çox aşırı hissim də yox idi, sadəcə simpatiyam vardı. Sadəcə özümü o yerə qoymurdum. O da ətrafında olan qızlardan mənə danışırdı, amma deyirdi ki, heç birini bəyənmir (gülür). Mən də ona məsləhət verdim ki, gözdə qismətin çıxacaq (gülür). Sən demə, biz bir-birimizin qismətiymişik. Bir ara münasibətimiz qopdu, danışmırdıq. Hətta bir ildən çox yaxın ərazilərdə işləsək də, bir-birimizi görməmişik. Hər gün mən onun iş yerinin yanından keçib gedib-gəlirmişəm, amma rastlaşmırdıq. Sonra yenə təsadüfən yolda rastlaşdıq, çay içdik və yenə dostluğumuz davam etdi.
 
- Gələk evlilik təklifinə.
 
- Rəfiqəm Pərvanə ilə birlikdəydik. Özgür zəng vurub dedi ki, axşam səni yeməyə dəvət edirəm. Mən İstanbulda heç vaxt bəzək-düzəyimdən qalmamışam. Baxmayaraq ki, orada çox adam rahat idman üslubunda geyinir. Amma mənim hər zaman ayaqlarımda hündürdaban ayaqqabı olub və ətək geyinmişəm. Həmin gün də idman üslubunda rahat geyinmək istədim. Bunu Özgürə dedim. Tez cavab verdi ki, yox, xahiş edirəm, bu gün gözəl geyin. Öz-özümə dedim ki, bunun üçün nə fərqi var mən necə geyinirəm? Amma  gözəl geyindim, çox romantik bir yerə getdik. Tam mənim zövqümə görə bir məkan idi, çox xoşuma gəldi. Ora necə valeh oldumsa, dedim, yerin gözəlliyinə bax, adama burada evlilik təklif edələr (gülür). O da sən demə sürprizi pozuldu deyə pis olar. Əlləri titrəyə-titrəyə üzüyü çıxardı, elə sözünü demək istəyəndə necə həyəcanlandısa, üzük düşdü masanın altına. İkimiz də masanın altına girib üzük axtarırıq (gülür). Üzüyü tapdım, verdim ona, özüm də əlimi uzatdım, nəhayət dedi, "benimle evlenirmisin?". Mən də cavab verdim ki, "evet".
 
- Onun sənə yaxşı həyat yoldaşı olacağını necə bildin?
 
- İlk növbədə, qarşındakı insana dərdini danışırsan, nəyisə bölüşürsən, onun diqqətlə qulaq asması çox önəmlidir. İnsan sənə doğrudanmı qulaq asır, yoxsa "yola verir", bunu o saat hiss edirsən. Mənim problemlərimlə o qədər yaxından maraqlanırdı, dinləyirdi. Mənə qarşı çox diqqətli idi. Özümə qarşı ata qayğısı hiss edirdim. Başqa ölkədə yaşayan gənc, subay xanım üçün bu, vacib idi. Onda insanlıq görürdüm, bir də ən əsası çox dürüst idi. Başqa oğlan olsaydı, çoxdan mənə "aşkım, canım" deyərdi. Amma o, dost olduğumuz müddətdə heç vaxt mənə belə sözlər demədi. Doğrudan da inandırıcı gəlmir axı, iki gün tanıdığın insana "canım, aşkım" deyirsən. Adam da fikirləşir ki, demək başqaları ilə də belədir. Ancaq onda belə davranışlar görmürdüm. Həm də onun məsafəli davranışı maraqlı idi, məni cəlb edirdi. Deyirdim necə ola bilər ki, onun məndən xoşu gəlməsin?! (gülür).
 
- Ailəsi səni necə qarşıladı?
 
- Çox isti. Ailəsi bir dəfə də olsa, məni sorğulamayıb. Qayınanamın qonşuları deyir ki, oğlanlarımız üçün Azərbaycandan subay qız istəyirik. Çünki qayınanam məndən onlara hər zaman yaxşı danışıb, tərifləyib. Həyat yoldaşımın ailəsində özümü heç vaxt yad hiss etmədim. Bir az danışanda çətinlik çəkirdim, bəzi şeyləri başa düşmürdülər. İndi yavaş-yavaş artıq onlar Azərbaycanca danışırlar (gülür). Ümumiyyətlə, elti, qayınana, baldızın adı çıxıb. Yaxşı qayınana, elti, baldızlar çoxdur. Qayınanamın qızı yoxdur, iki oğlu var. Reyhan adlı eltim var. Elə bilirəm bacımdır. İlk gündən mənə dəstək olub. Heç bir şeyi unutmur. Əgər desəm ki, 8 gündən sonra həkimə gedəcəm, həmin gün zəng vurub maraqlanır. Adi başım ağrısın, bunu neçə dəfə soruşacaq. Qayınanam da bizi qızları kimi sevir. Bir-birimizə yaxın yaşayırıq, gedib-gəlirik, bişirib-düşürürük.
 
- Özgür bir azəri qızı ilə evlənmək istədiyini deyəndə anası necə reaksiya verib?
 
- Sevinib. Çünki oğlunun evlənməsini istəyirdi. Deyirmiş ki, ürəyinə kim yatırsa, onunla ailə qur. Həm də Özgürə çox güvənirlər. Çünki kaprizli insandır, hər kəsə inanmaz, hər kəsi yaxınına buraxmaz, yoxsa 35 yaşında evlənməzdi. Xarakterinə görə bu yaşına qədər evlənməyib. Dəfələrlə qız göstəriblər, özü də ailə qurmağa cəhd edib, amma heç kimi bəyənməyib. Anası deyib ki, əgər sən evlənmək qərarına gəlmisənsə, demək, yaxşı qızdır, biz sənə güvənirik.
 
- Bir azəri qızının Türkiyədə gəlin olmasının hansı çətin tərəfləri var?
 
- Azəri qızlarını orada gəlin kimi daha üstün sayırlar. Bizim qızlar daha istiqanlı, qonaqsevər, böyüklərə hörmətlə yanaşan, evdardırlar. Orada da belə qızlar var. Amma bizim qızlar daha çox xanım-xatındırlar, utancaqdırlar, biz fərqliyik. Orada "Azərbaycandan gəlin istəyirik" deyənlər çoxdur.
 
- Son vaxtlar Türkiyəyə ərə gedən qızlarımız da çoxalıb.
 
- Deyirlər ki, burda kişi tapmadı, türkə ərə getdi. Birincisi, biz də türkük, müsəlmanıq. Mən xristianla evlənməmişəm ki. Halbuki bu da mənim şəxsi işimdir. Türkə ərə gedəni niyə müzakirə edirlər ki? Heç bir fərqi yoxdur. Ayrıseçkiliyi salanlar heç vaxt Türkiyədə olmayan, oranı görməyən insanlardır. Elə bilirlər, elə türk kişiləri gözləyir ki, Azərbaycandan bir qız gəlsin, onu alsınlar. Elə deyil. Türk kişiləri Azərbaycan kişilərindən də kaprizli, tələbkardırlar. Türk, Azərbaycan heç bir fərqi yoxdur. Məsələn, həyat yoldaşımla bir-birimizin dilini başa düşürük, müsəlmanıq, o, namaz qılır. Yəni türklə ailə qurmamaq üçün heç bir səbəb yoxdur. Lakin mən qarşıma məqsəd qoymamışdım türkə ərə gedəcəm. Azərbaycanlı ilə də ailə qura bilərdim. Bu, bir qismət idi.
 
- Məsələn, deyirlər ki, burda onu almadılar, türkə getdi.
 
- Burada həyat yoldaşından ayrılmış, boşanmış, üstəlik uşağı olan qadının həyatı bitmiş sayılır. Gəlin etiraf edək ki, hər kəs bu cür xanımla ailə qurmur. Amma Türkiyə və başqa xarici ölkədə belə şeylərə daha müasir baxırlar. Ailə qurub boşanmaq hər kəsin bacısının, anasının başına gələ bilər. Ailə qurub boşanmaq namussuzluqdur? Mən Bakıda xına məclisi etdim. Yazdılar ki, utanmır, özünə xına edir. Niyə utanmalıyam? Burada utanmalı nə var? Boşanmısan deyə həyatın bitməlidir? Məncə, artıq Azərbaycanda bu düşüncə dəyişməlidir. Heç kimi qınamaq olmaz. Ayrılmaq, boşanmaq hər kəsin başına gələ bilər. Ərin pisdirsə, nə etməlisən, ömrünün axırına qədər ona dözməlisən? Boşanacaqsan. Boşandıqdan sonra ailə də quracaqsan. Türk ayrılmısan, boşanmısan, uşağın var kimi məsələləri sorğulamır. Onun üçün önəmlisi odur ki, ağlın, tərbiyən, namusun olsun. Namus insanın beynindədir. Onlar bunları başa düşürlər. Əlbəttə ki, həyat yoldaşım da mən qarşısına çıxan kimi evlənmədi, araşdırdı, tanıdı sonra.
 
- Türkiyədə kişilər də tez evlənmir.
 
- Düzdür. Mənim qardaşım 22 yaşında evlənib. Onlar bunu biləndə şok oldular. Deyirlər, o yaşda insan evlənərmi? Onlar ilk növbədə öz ayaqları üzərində durmağı bacarırlar, iş, ev sahibi olurlar, gələcəkləri üçün pul yığırlar, özlərinə şərait yaradırlar. Bizimki kimi deyil, valideynlər toy etsin, onlarla bərabər yaşayasan. Orada cehizləri də oğlanlar alır. Qız yataq otağına mebel ala bilər, qalan əşyaları oğlan alır. Türk kişiləri daha olqun olanda evlənirlər. Xanımlar da o cür. Kor-koranə ailə qurmazlar. Azərbaycanda 26 yaşlı qız "evdə qalmış" hesab olunur. Qızların psixologiyasını da pozublar. Orada fərqi yoxdur, qız 35 yaşında da ailə qura bilər. Azərbaycanda 35 yaşında qıza baxan yoxdur, o saat fikirləşirlər ki, görəsən niyə bunu alan olmayıb, görəsən bu qızın nəyi çatmır? Amma türklər yaşa fikir vermir. Ona görə də qızlarımız türklərlə çox ailə qururlar.
 
- Ailə qurmaqla karyerana son qoydun. Sənin üçün çətin olmadı?
 
- Mən karyerama Türkiyəyə getməmişdən əvvəl son qoymuşdum. Heç çətin olmadı. Çünki aparıcı olmağı arzulamamışdım. Sadəcə 16 yaşımdan televiziyada aparıcılıq edirdim. Gözümü açandan bu işi gördüyüm üçün adi hal idi. Ona görə də heç heyfsilənmədim. Əksinə, həyatımda dəyişiklik istəyirdim, "of" demədən aparıcılığı buraxdım. Bakıda da çox sıxılırdım. Qarşıma çıxan da deyirdi ki, qayıt aparıcılığa. Türkiyədə işə girəndə iş sahibinə dedim ki, mən aparıcı olmuşam, tanınmış idim, amma həyatımda dəyişiklik etmək istəyirəm. O da məni çox gözəl başa düşdü. Bakıda mənə deyirlər ki, niyə qayıtmırsan? Cavab verirəm ki, axı, mən ailə həyatı qurmuşam. Çoxmu vacibdir qayıtmaq? Həyat yoldaşım işləməyimi istəmir, çox tələbkardır. Mən də evdar xanımam. Evdə də işlərim çox olur, onun sifarişlərini alıram, istədiyi yeməkləri bişirirəm. Evə qarşı çox diqqətliyəm. Mənim üçün ev, ailəm, həyat yoldaşımı məmnun etmək vacibdir. Vaxtımı aparmayan, yormayan işlər olsa, etiraz etməz. Amma Türkiyə mediasında yox, Azərbaycan mediasında, məsələn, oradan çəkib bura yollamaq kimi.
 
- Həyat yoldaşın üçün Azərbaycan yeməkləri bişirirsən?
 
- Həm də necə. Onu kərə yağına da öyrəşdirmişəm. Bizim yeməkləri çox bəyənir. Xüsusən xan plovunu çox sevir, iki həftədən bir xan plovu bişirməyimi istəyir. Gələndə də bişirib qoyub gəldim. Bizim əlimiz boldur. Həm ət bişiririk, həm toyuq, həm balıq. Onlar isə bunlardan birini edir, yanında da salatlar. Süfrələrimiz zəngindir, adi çay süfrəmiz belə, zəngindir, başdan-ayağa mürəbbə, şirniyyat, konfet, şokolad düzürük. Türk yeməkləri də bişirə bilirəm. İnternetdə baxıb öyrənirəm. Quru fasulyeni həyat yoldaşım çox sevir. Onu yaxşı bişirirəm. Türklər zeytun yağına üstünlük verirlər. Mənsə sevmirəm. Onlar tərəvəz yeməklərinə üstünlük verirlər. Əlimdən gələni edirəm. Bəzi tərəvəzlərin adını bilmirəm, soruşub alıram. Yavaş-yavaş öyrənirəm.
 
- Türkiyədə ailə planlaması kimi, uşaq planlaması da var. Məsələn, ailə qururlar, deyirlər ki, hələ uşaq planlamırıq.
 
- Onlar düşünür ki, ailə quran kimi özlərini uşaqlara həsr etməsinlər. Bir-biri ilə vaxt keçirirlər. Əslində bu, çox yaxşı şeydir. Uşaq olandan sonra buna vaxt qalmır. Bizdə də belə söhbətlər oldu. Amma bizim az yaşımız yoxdur. Uşaq sahibi olmaq istəyirik. Bu mövzuda bir az problemlər yaşadım, çox üzüldüm, depressiyaya düşdüm. Amma həyat yoldaşım mənə dəstək oldu. Ciddi problemimiz yoxdur. Uşaq sahibi olmağa hazırlaşırıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

32 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Aprel 00:1660

    1 cavabi xosuma gelmedi yazmiram, esas odu xosbext olsun.

    Cavab yaz
  • Anonim
    Su · 19 Aprel 00:3290

    Hamisini oxudum. Xosbext ol

    Cavab yaz
  • Anonim
    Yağmur · 19 Aprel 00:3680

    Allah xoşbext elesin,bey çox yaraşıqlıdır.udmusan Gülya bir yastıqda qocalasınız

    Cavab yaz
  • Anonim
    ????? · 19 Aprel 00:4650

    Bele xosbext aile gorende aglimdan 1sual kecir.-"axi ne ucun mene bele xosbextlik nesib olmadi?

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 19 Aprel 10:1847

      Belkede goplayir ne bilirik.Allah sizide xosbext eder Insallah!!!

      Cavab yaz
  • Anonim
    :) · 19 Aprel 00:58160

    Lap yaxsi etmisen turke ere getmisen,utansin namusu olmiyan,ozlerine xristiyan arvad alib xristiyanlasan kisiler.siz utanilacag hec ne etmemisiz,aile qurmusuz.guya biz bilmiriy ki bezi agzigoyceyler niye danisir,hesedlerinden.bizde bosanmisa ,dula yaxinlasib pis gozle baxib,pis teklif edirler,alinmayanda ise lekeleyirler.bacim xosbext ol,caniniz qurtarib naxeleflerden,sukur,biz cemiyyetimizin eksiklerin cox yaxsi goruruy

    Cavab yaz
    • Anonim
      nc nc · 19 Aprel 10:21521

      Rus min defe bunlardan yaxshidi

      Cavab yaz
    • Anonim
      Aa · 19 Aprel 18:3632

      Xristianla aile quranda nolurki? Din ayriseckiliyi salmiyim

      Cavab yaz
  • Anonim
    Qaquwa. · 19 Aprel 01:3551

    Allah xowbext elesin.coxxxxxx sevindim.ve cooooxxx sevdim sizleri.yarawirsiz.superrrr

    Cavab yaz
  • Anonim
    Nur · 19 Aprel 02:5640

    Allah xowbext etsin.cox deyiwilib.her qadin xowbext olmaga laiqdi.

    Cavab yaz
  • Anonim
    gunay · 19 Aprel 07:2481

    gozelim menim xosbext ol kimne deyir desin ANS gozeli idin savadli gozel xanim

    Cavab yaz
  • Anonim
    . · 19 Aprel 08:0321

    Ela

    Cavab yaz
  • Anonim
    . · 19 Aprel 08:0431

    Yarasirlar.xosbext olsunlar

    Cavab yaz
  • Anonim
    Nezrin · 19 Aprel 08:4970

    Paxilliqim tutdu yaxwi menada.xowbext olun.insanlarin ne dediyinede fikir vermeyin.bizimkiler bow bow daniwmagi sevirler

    Cavab yaz
  • Anonim
    Almaz · 19 Aprel 09:1870

    XOSBEXT OLASAN,Allah basa kimi etsin, biz seni cox isteyirik,her adamda onde olmaqdan el ceke bilmir, demeli hem safsan,hemde gozel xasiyyetim var,saq olki hormetde qazanmisan Turk xanimlarinin yaninda

    Cavab yaz
  • Anonim
    M - 112 · 19 Aprel 09:2660

    Allah xoşbəxt eləsin.

    Cavab yaz
  • Anonim
    nn · 19 Aprel 09:3160

    allah xosbext elesin ikisi de cox gozeldi cox yarasirlar

    Cavab yaz
  • Anonim
    AA · 19 Aprel 10:0050

    Allah xoşbext elesin semimi, gözel qadındır

    Cavab yaz
  • Anonim
    anonimka · 19 Aprel 10:1050

    Çox yaxşı etmisiniz ailə qurmusunuz. Sualları cavablandırmağınız da xoşuma gəldi. Allah sizi xoşbəxt etsin!

    Cavab yaz
  • Anonim
    səkinə1 · 19 Aprel 10:5860

    dediklərinə inanıram. çünkü bizim bir tanış ailənin qızı var türk ilə nişanlıdır. anası deyirki heçvaxt ağlımın ucundan keçməzdiki türklərlə quda olaram oğlan burada işləyir qızı görüb bəyənib elçi gəlib bunlarda vermiyiblərki, türk kim biz kim tanımırıq bilmirik. oğlanda deyib öldü var döndü yox gedib türkiyəyə anaatasınıda götürüb gəlibki bu qızı alın.axır o qədər gedib gəliblər alıblar qızı...Allah xoşbəxt eləsin...

    Cavab yaz
  • Anonim
    Teyis(sabran) · 19 Aprel 11:2430

    sebirli ve xosbext olun insaalah menede bele birisi rast geler.Dostlar insallah sizde xosbext olarsiz

    Cavab yaz
  • Anonim
    Teyis(sabran) · 19 Aprel 11:3120

    sebirli ve xosbext olun insaalah menede bele birisi rast geler.Dostlar insallah sizde xosbext olarsiz

    Cavab yaz
  • Anonim
    Werhcilere · 19 Aprel 11:4710

    Bilen varsa yazin Gulnarenin birinci heyet yoldawi kim olub.Deyilene gore ANS-de iwliyib

    Cavab yaz
  • Anonim
    Werhcilere · 19 Aprel 11:5210

    Gulnare ANS-de hansi verliwi aparirdi?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 19 Aprel 11:5940

      Kamerton, Qonaqliq, Xonca verlisleri yadimdadi, basqasin bilmedim.

      Cavab yaz
  • Anonim
    sirr · 19 Aprel 12:0830

    xosbextlikleri gözlerinden görünür. bey de yaraşıqli imiş amma

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimliye · 19 Aprel 12:3000

    Tewekkur edirem.Saq ol.Yadima saldin.senin werhlerini hemiwe seve seve oxuyuram. Allah var elesin.60-yawinda bir anayam.

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 19 Aprel 12:4631

      Cox saq ol, Allah size uzun omur can saqliqi versin.Yazan ellerinizden opurem...

      Cavab yaz
  • Anonim
    GOYCAYLI · 19 Aprel 13:1130

    xanimi cox isteyirem..Xowbext olsun

    Cavab yaz
  • Anonim
    Leyla · 19 Aprel 13:2740

    Bizde giza edilen teklife "baxaram" deyilse, oglanin cavabi "ay senin minnetin olsun". :)

    Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 19 Aprel 14:5234

    Turkleri beyenirem.Amma oz ogullarimizin dirnagini onlarin hec birine deyiwmerem.

    Cavab yaz
  • Anonim
    Xuraman · 19 Aprel 21:4000

    Bu xanim yadima duwdu xowbext olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.