Şou-biznes

"Yoldaşım dedi ki, qızımızı bataqlığa soxdun" - Roza Zərgərli - VİDEO - FOTO

18 Aprel 2017 16:13
10 Şərh     Baxış: 6 445

Milli.Az bildirir ki, "ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Roza Zərgərli olub.

Rejissor Nail Naiboğlu ilə çalışmağa başlayan Roza Zərgərli klip üçün konkret qərara gələ bilmədiyindən danışıb:

"Bir neçə rejissordan təklif almışam ki, klip çəkək. Onlardan da birini seçmişəm, Nail Naiboğlunu. Əvvəlcə "Şirinçay" mahnısına çəkmək istəyirdik, sonra fikrimizi dəyişib "Spor" mahnısına klip çəkmək istədik. Yeni aranjiman olunan mahnılardan bəzilərini də Nail bəyəndi. Dedi ki, gəl bunlardan birinə çəkək. Ona görə hələ ki, kliplər qalır. Amma bu yay ən az üç klip istehsal edəcəyik və il boyu onun təqdimatını keçirəcəyik".

Son zamanlar özünə qadağalar qoyub, ətrafına Berlin divarı çəkən Roza Zərgərli süni insanlardan artıq kənar olduğunu da bilirib:

"Çox dəyişmişəm. Çox qəddarlaşmışam. Çox uzaqlaşmışam. Süni insanların yanında dayana bilmirəm. Çox şeyə də qadağa qoymuşam. Ümumiyyətlə, ətrafımdan hər kəsi silmişəm. Sadəcə saxtakar insanları sevmirəm".

Müğəni, öz fəaliyyətindən narahatlıq keçirib, başqalarının irəli getməsinə mane olmaq üçün gecə-gündüz düşünən insanlardan danışıb özündən çıxdı:

"O paxıllıq edir, o bilir ki, sən düşdüyün yerdə ondan yaxşı olacaqsan, o, özünə güvənmir, o, özünün fəaliyyətindən qorxur. Bu, qorxaqlıq və paxıllıq əlamətidir".

Sənətçi, küsülü olduğu həmkarı ilə eyni məclisə dəvət aldığı zaman onun arxasınca min oyun quran sənət dostlarından da dili-ağzı yanmış kimi danışıb.

"Elə məclis var ki, başdan-ayağa mən idarə edirəm. Çox ifaçı dostlarımız gəlir. Elə adam var ki, mən onunla danışmıram. Ancaq o da mənim məclisimdədir. Ev yiyəsinin heç xəbəri də yoxdur ki, mənim bununla münasibətim yaxşı deyil. Həmin adamlar öz məclisləri olanda min cür oyun qurub deyirlər ki, Roza burada yoxdur, xaricdədir. Onu düşünsünlər ki, ruzini verən Allahdır. Sən bəndəsən, heç kimsən. Burdan sən kəsəcəksən, ordan Allah ikiqat, üçqat verəcək".

Övladlarının aktyorluğu məsələsinə də toxunan Roza, heç gözləmədiyi bir məqamda qızının da artıq filmə çəkildiyini eksklüziv olaraq "Şou-məkan"a açıqlayıb:

"Dostum Nadir Maçanov mənə zəng etdi ki, sənə bir işim düşüb, mənə bir neçə aktyor lazımdır. Yeni filmə başlayırıq. Mən də dedim ki, bəzi şəkillər var, onu sənə ataram. Şəkillərə baxandan sonra dedi ki, mən bu qızı çəkmək istəyirəm. Dedim Nadir bu qız alınmayacaq. Onun ailəsi bir az qalmaqallı ailədir. Mən indi deyə bilmirəm ki, bu, mənim qızımdır, şəkil sənə səhv gedib. Axırda Nadirə dedim ki, əl çək, bu qız mənim qızımdır, qoymayacaq çəkilməyə. Axırda dedim ki, yaxşı ssenarini ver,  evdə oturaq baxaq. Ssenariyə baxdım, gördüm gözəl ssenaridir. Əyri-əskik bir şey yoxdur".

Roza xanım, bildiyimizə görə həyat yoldaşınız övladlarının bu sənətlə məşğul olmalarına qaşıdır. Bəs, xəbəri eşidəndə reaksiyası necə oldu?

"Dünən bir söz dedi. Özü səhərə kimi o səhnə mənim, bu səhnə sənin, gəzir. Oğlunu da həmin bataqlığa soxdu. Bir qız qalmışdı, onu da bataqlığa soxdu. Axırda məni də salarsız həmin yerə".

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    ... · 18 Aprel 16:2501

    can,can ROZA....

    Cavab yaz
  • Anonim
    / · 18 Aprel 16:2650

    Roza, realliq budur ki,sen getiyyen oxuya bilmirsen.Amma ozunden xowum gelir

    Cavab yaz
  • Anonim
    Nə bilim... · 18 Aprel 16:3240

    Mən indi deyə bilmirəm ki, bu, mənim qızımdır, şəkil sənə səhv gedib. ))))

    Cavab yaz
  • Anonim
    Sebr · 18 Aprel 16:3840

    Gör neynirsən onun da şəklin səhvən bir rejissora at onu da özünüzlə bataqlığa atın...Əl-ələ verib o səhnə sənin,bu səhnə onun..Ailəvi gəzin..Bekarçılıqdan heçnə çıxmaz......Nç,nç,nç....

    Cavab yaz
  • Anonim
    Fidan · 18 Aprel 17:4003

    Sesin deye bilmerem amma ozunden xosum gelir

    Cavab yaz
  • Anonim
    --- · 18 Aprel 17:5440

    Cox suniii ele bil aktrisa qitliqidi

    Cavab yaz
  • Anonim
    1987r · 18 Aprel 19:0020

    zehlem gedir e bundan

    Cavab yaz
  • Anonim
    `1987r · 18 Aprel 19:0810

    zehlem gedir e bundan

    Cavab yaz
  • Anonim
    1987 r · 18 Aprel 20:0200

    zehlem gedir e bundan

    Cavab yaz
  • Anonim
    rusiyadan · 18 Aprel 20:1140

    Belke Azerbaycanda en süni qadin varsa oda sensen ay roza özünden razi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.