Şou-biznes

Azərbaycanlı müğənni ona lüt şəkillərini göndərən oğlandan danışdı - VİDEO

17 Mart 2017 22:24
16 Şərh     Baxış: 6 449

Azərbaycanlı müğənni Sevda Kazımova sosial şəbəkədə ona lüt şəkillərini göndərən oğlana qarşı hüquq mühafizə orqanlarına etdiyi şikayətdən vaz keçib.

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a ifaçının özü məlumat verib.

O, bildirib ki, 24 yaşlı oğlanı ailəsinə görə bağışlayıb:

"Bilirsiniz, mən elə adamam ki, heç bir zaman heç kimsəyə pislik etmərəm. Amma mən bu oğlanı o sosial şəbəkədə qara siyahıya atdım, başqa yerdən yenə qarşıma çıxdı. O insan heç məni tanımırdı. Sadəcə şəkillərimi görüb, xoşu gəlmişdi. Mənə çox pis şəkillər göndərirdi. Hər bir qadına həmin şəkilləri göndərsəydilər, həmin xanım özünü çox pis hiss edərdi. Bu nə idi?! Sən axı mənim əxlaqımla tanış deyilsən. Nəyə qulluq etdiyimi bilmirsən. Necə olar ki, bir insan lüt bədən şəklini qadınlara göndərə bilər? Bu, hansı mənəviyyata sığır?!".

S.Kazımova bildirib ki, bu məsələni həyat yoldaşından və övladlarından gizlədib:

"Mən nə deyirəmsə, həyat yoldaşım da onunla razılaşır. Həyat yoldaşıma və oğlanlarıma imkan vermədim ki, həmin oğlanla danışsın. İnanırsınız, oğlan mənə şəkillərini göndərəndə hamama keçirdim, istəyirdim ki, əsəbimdən başımı divara vurum. Ona görə bacısı gəldi, dedi, nə olar, qardaşımı bağışlayın. Mən də ona dedim, mənim elə qardaşım, oğlum olsa idi, arxasınca gəlməzdim. Söylədim ki, qardaşına haqq qazandıra bilərmi? Bir sözlə oğlan dizlərini yerə qoydu, məndən üzr istədi, ağladı".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı müğənni ona lüt şəkillərini göndərən oğlandan danışdı

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Aydlndl · 17 Mart 22:5053

    Buna wekil gonderen de bunun gununde olar

    Cavab yaz
  • Anonim
    Reklamlarr · 17 Mart 23:1550

    Reklamlarr!!

    Cavab yaz
  • Anonim
    Aydlndl · 17 Mart 23:21111

    Butun olke bildi bir bunun ogluyla yoldawl bilmedi.Bilseydiler pis olardl chooooox

    Cavab yaz
  • Anonim
    Efqan · 17 Mart 23:2470

    Utanmirey ,geyinib keçinib ,televiziyanida çagirib , nedi nedi şekil gönderen oglan haqqinda danişajaq .

    Cavab yaz
  • Anonim
    Efqan-a · 17 Mart 23:5020

    Ay oldum gulmekden)))))

    Cavab yaz
    • Anonim
      Efqan · 17 Mart 23:5920

      Sene neolub bu gün ? ) )

      Cavab yaz
    • Anonim
      m · 18 Mart 00:0100

      deme deme

      Cavab yaz
  • Anonim
    A-S · 17 Mart 23:5700

    Hec pis adam oxshamir, videodaki geyimden bilinirdi, beledeki beledirde, ne etmek olarki))))

    Cavab yaz
  • Anonim
    m · 18 Mart 00:0010

    Ayibdi ay millet besdirin!

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 18 Mart 00:0632

    Ort basdir etmekden,butun respublikaynan bir eledi, Ne gunlere qaliv bu sou numayendeleri, bele rezilliynen gundeme gelerler ayibdiye Vallah ayibdi, oz boyu boyda oqlu var bu qadinin.Dehsettt.

    Cavab yaz
  • Anonim
    Balakenli · 18 Mart 01:0010

    Bu mugennini ikincidi gorurem ozudaki milli.azda kecen defede bu sohbetitdi bu defede mahnisi seneti yox dusub lut oglan harayina

    Cavab yaz
  • Anonim
    M.n · 18 Mart 02:0900

    1941. 45 reklamları

    Cavab yaz
  • Anonim
    Ləman · 18 Mart 06:1300

    Öz özünü biyabr etdi.lazımıydı sənə efirdə demək.

    Cavab yaz
  • Anonim
    Anonim (⊙_⊙) · 18 Mart 08:1600

    Agladiyee ozudeee))) inandirici gelmedi.

    Cavab yaz
  • Anonim
    111 · 18 Mart 14:4800

    Goresen cavan oglanin lut ora bursini gorende ne hiss edib ki.deyir kime gonderseydiler ozunu pis hiss ederdi))) yeqin adrenalini qalxirmiw))

    Cavab yaz
  • Anonim
    gul · 20 Mart 08:4100

    BELE ACIQLAMA VERMEYIN HEC YERI YOXDU AYIBDI BELE MEWUR OLMAQ OLMAZ /KIMINSE HARASINISA GORMUSEN KIMSE AYAGINA DUWUB YALVARIB BAWINI HAMAMIN DIVARINA VURMAQ ISDEMISEN NIYE MES HAMAIN? EVIN BAWQA DIVARI YOXDU.NE ISE AYIBDI/.........

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.