Şou-biznes

"Çörək almağa bir manatım belə olmurdu..." - Aybəniz Haşımova

16 Mart 2017 20:30
37 Şərh     Baxış: 6 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rəhmətlik həyat yoldaşım şəhid olanda 24 yaşım var idi. Uşaq da 1 yaş 8 aylıq idi. Nə çəkdiyimi təsəvvür etməyin".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. 

İntihar hadisələrinə münasibət bildirən müğənni həyatı ilə bağlı xatirələrini bölüşüb:

"Həyat yoldaşım dünyasını dəyişəndə ağlamaqdan əsəblərim pozuldu, amma heç kim bilmədi. Evimdə satılacaq heç nəyim qalmamışdı, yenə dözürdüm. Heç bunları dərd etmirdim. Elə olurdu ki, çörək almağa bir manatım belə olmurdu, amma dözürdüm. Düşünürdüm ki, hər şey yaxşı olacaq. Bir gün ağlamaqdan səsim batdı. Yenə susdum. 

Heç vaxt özümə qəsd etməyi düşünmədim, uşaqlarımı ortada qoyub qaçmaq niyyətində olmadım. Bu nə biabırçılıqdır? Bir şey olmamış özlərinə qəsd edirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.