Şou-biznes

"Xəyanətə uğramışam, münasibəti bitirmişəm" - Xumar Qədimova - VİDEO - FOTO

15 Mart 2017 14:30
31 Şərh     Baxış: 5 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı əməkdar artist Xumar Qədimova olub.

Milli.Az xəbər verir ki, o, ilk olaraq uşaqlıq illərindən və bacısının ona rəftarından danışıb:

"Sevinc adında bacım var. Mənə qan uddurub. Bacım məni tez-tez döyürdü. Məndən kök və canlı idi deyə məni rahatlıqla üstələyirdi. Çox qəddar idi. Mən onsuz qala bilmirdim, gedirdim yanına, halbuki məni döyən odur. Üzr istəməli olan tərəf də odur. Amma mənə deyirdi ki, üzr istəməsən, barışmayacam. Sevəndə çox zəif oluram. Qürur falan heç nə qalmır. Sevdiyim insanları bağışlaya bilirəm, amma elədiklərini unuda bilmirəm".

Daha sonra ifaçı xəyanət haqda da söz açıb:

"Güvəndiyin insan sənin stimulundur. O, xəyanət etdisə, daha nəyə yaşayasan. Güvəndiyim insan xəyanət edib, incidib. Bağışlamadım. Hər şey bitdi. Nə eləsə də mümkün deyil. Ən qiymətli hədiyyə də olsa, mümkün deyil".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.