Şou-biznes

"Himnimizi kimin yazdığını bilmirsənsə, necə xalq artistisən?!" - VİDEO - FOTO

14 Fevral 2017 17:52
10 Şərh     Baxış: 6 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Evgördü" verilişinin qonağı olan müğənni Əli Mirəliyev maraqlı açıqlamalar verib.

Milli.Az bildirir ki, o, Səməd Səmədov haqda sərt fikrlər səsləndirib:

"Sən öz dilində danışırsansa, musiqini də bilməlisən. Öz musiqini bilmirsənsə, nədən danışa bilərsən?! Bizim xalq artistimizə sual verirlər ki, himnimizi kim yazıb? Səməd Səmədov himnimizi kimin yazdığını bilmir. Bunu balaca uşaqdan da soruşsan, vətənpərvərlik hissi varsa, biləcək. Ora-burasın kəsir, sırğa taxır, 70 yaşı var, amma saçı qaradır, dodağın silikonlaşdırır. Qadın olsa, yenə nəsə anlamaq olar. Mən də o saçları saxlaya bilərdim.

Mən o yaşda da gözəl olmuşam, indi də gözələm. Kişi gərək kişi kimi olsun. Orasın-burasın dartdırmaqla kişi olunmur. Bu cür iradlarımdan sonra məndən inciyirlər. Səmədlə biz dostuq. Televiziyada gördüm ki, himnimizin sözlərini kimin yazdığını bilmir. Dedim ki, bilmirsənsə, vəziyyətdən çıxardın da, soruşardın məndən. Himnin sözlərini kimin yazdığını bilmirsənsə, sən necə xalq artistisən?! Hər bir vətəndaş bilməlidir. Mən ona düzgün yol göstərirəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.