Şou-biznes

Əli Mirəliyevin tənha yaşadığı evi - "Arada yoldaşım, nəvələrim gəlir, amma qalmağa qoymuram" - VİDEO - FOTO

13 Fevral 2017 14:05
14 Şərh     Baxış: 12 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pulum olmayanda quru çörək yeyirəm

Müğənni Əli Mirəliyev evinin qapılarını ARB TV-nin "Evgördü" verilişinə açıb, maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, 2 mərtəbəli bağ evində tək yaşamasının səbəbini açıqlayıb: 

"Tək deyəndə ki, yoldaşım həftədə bir dəfə yanıma gəlir. Aramızda heç bir problem yoxdur. Ona söz verməmişəm ki, həmişə yan-yana olacağıq, deməmişəm ki, mənim yanımda dayan. Xəstəxanada işləyir, həkimdir. Mən də təqaüdçü adamam, şəhərdə nə işim var? Bura sakitlikdir, dincəlirəm. Şəhərə gələndə isə səs-küy, insanların problemi sıxır". 

İfaçı dəbdəbəli həyat yaşamağı sevmədiyini bildirib:

"Sadə vətəndaş kimi yaşayıram. Dəbdəbə çox yaxşı şey deyil. Ona öyrəşən sonra elə guppultu ilə yerə dəyir ki. Mən keçmişəm bu mərhələlərdən. O cür insanları çox görmüşəm. Özündənrazılıq qətiyyən olmaz. Bizim bəzi musiqiçilər öz villalarını, geydirmə ağacları və s göstərirlər. Sonradan bilirsən ki, bunlar bankın evləridir. Amma bu mənim öz dədə-baba evimdir".

Əli Mirəliyev daha sonra İlhamə Quliyeva ilə qohumluğundan söz açıb: 

"Qayınanam həm mənə qayınana, həm qayınata, həm də ata və ana olub. Kasıb uşaq idim. Dəstək olub mənə. İlhamə Quliyevanın dayısının yoldaşıdır. Nəvəmə də qayınanamın adını qoymuşam. Anamın yox, qayınanamın".

Müğənni heç kimə borclu olmadığını söyləyib:

"Mən göz qabağındayam. Olanım budur. Mənim heç kimə borcum yoxdur. Ehtiyacım olanda quru çörək yeyirəm. Şərt deyil ki, ikra falan yeyim. Çalışmışam ki, yaxşı da oxuyum. İndiki gənclər o kanaldan bu kanala qaçır. A kişi, oxumaqdan danışın e. Sən yaxşı oxu, xalq qiymət versin. Üzeyir Hacıbəyovun şəkilin göstərirlər tanımır heç biri. Musiqimiz onunla başlayıb, amma bunlar onu tanımır".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əli Mirəliyevin tənha yaşadığı evi -

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.