Şou-biznes

Oksana Rəsulova: "Heç kim risk etmək istəmir" - FOTO

2 Dekabr 2016 12:07
6 Şərh     Baxış: 3 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sahibi olduğum "Oksi media" şirkəti "Mələyin öpüşü" adlı ikinci filmin çəkilişlərinə başlayıb. Çox böyük dram filmi gəlir. Fuad Poladov, Şamil Süleymanov, Təranə Əliyeva, İlhamə Qasımova kimi tanınmışlar bu ekran işində bir araya gəliblər. Tamaşaçıları çox təəccübləndirəcəyik. Üç aydan sonra treylerimiz yayımlanacaq".

Bu sözləri axşam.az-a açıqlamasında rəqqasə Oksana Rəsulova deyib. 

Sənətçi bildirib ki, ilk çəkdiyi "Şər qarışanda" filminə xərclədiyi pulları geri qazana bilməyib: 

"İlk filmim tamaşaçılar tərəfindən qəbul olunmadı. Böyük məbləğ xərclədim, geri götürə bilmədim. Amma peşman deyiləm, bu mənim əl-qolumu bağlamadı. Fəxr edirəm ki, Azərbaycanda belə janrda filmi ilk mən çəkdim. Manyak, öldürmə söhbətləri sevilmədi. Bizimkilər komediyanı xoşlayırlar".

O.Rəsulova bildirib ki, yanvarın ilk həftəsi Hindistana gedəcək. Rəqqasə oradakı işlərinə görə bir-iki ay Hindistanda qalmalı olacaq. 

Oksana film üçün sponsor tapmaqda çətinlik çəkdiyini də etiraf edib:

"İnsanların hansısa işdən qazanc götürməyə inamı qalmayıb. Devalvasiyadan sonra krizis nöqtəsinə gəlmişik. Qabaq kinoya pul xərcləyənlər indi üz döndərirlər. Onları başa düşürəm, hər şey riskdir. Bu ərəfədə də heç kim pulla risk etmək istəmir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.