Şou-biznes

Stilist zövqsüz məşhurların adını çəkdi: "Nə tərzi var, nə də zövqü..."

26 Yanvar 2016 16:10
1 Şərh     Baxış: 5 438

Prodüser, stilist Elnur Həsənov şou-biznesdən, zövqlü və zövqsüz tanınmışlardan danışıb.

Axşam.az stilistin müsahibəsini təqdim edir:
 
- Əsl peşəm jurnalistdir. Amma hər zaman şou-biznesə, stilistliyə maraq göstərmişəm. Azərbaycan mentaliteti başqadır. Hər ailədə olduğu kimi mənə də qadağalar var idi, bu sahəyə gəlməyimi istəmirdilər. Bu işin adını o qədər pisə yönləndiriblər ki... Evdə düşünürdülər ki, doğru yolda olmaya bilərəm. Ailəmin istəyi ilə universiteti bitirdim. Arzularıma çatmaq üçün jurnalistika fakültəsini seçdim, televiziyada işləməyə başladım. Bundan heç vaxt utanmamışam. 9 ildir Zamiq Hüseynovun prodüseriyəm. Televiziyada çalışdığım zaman makiyaj da edirdim...

- Bildiyimə görə, hələ televiziyada çalışmazdan əvvəl modelyerlik edirdin...

- Eskizlər çəkirdim, amma modelyer kimi fəaliyyət göstərmək istəmədim. O vaxtlar Nailə Mirməmmədlinin "Kapriz" qrupu var idi. Ona Röya Ayxan rəhbərlik edirdi. Həmin qrupun ilk klipindəki geyimlərin eskizini mən hazırlamışdım. Hətta Röyanın 2003-cü ildə bir klipindəki geyimlərinin eskizini də mən etmişəm. İndi də hərdən eskizlər çəkirəm. Günay İbrahimlinin "Dəlisiyəm gecənin" klipindəki çimərlik geyimi mənim ideyam olub. Bakıda istədiyim rəngdə çimərlik geyimi tapmadığım üçün, tikdirmək qərarına gəldik.

- Fəaliyyətini daha çox vizajist kimi davam etdirirsən...

- İlk vaxtlar makiyajı ancaq ətrafımda olan, tanıdığım insanlara edirdim. Mən müştərini hansısa salonda oturaraq yığmamışam, ətrafımda olan dostlarımın sayəsində toplamışam. 9 ildir peşəkar stilist kimi çalışıram. İstanbulda, Gürcüstanda bu işi ustalarından öyrənmişəm. Öyrənmək eyib deyil. Elə stilist olub ki, yanında işinə baxıb, bilmədiyimi soruşmuşam. -
 
- Bu yaxınlarda stilist Anar Ağakişiyevlə qalmaqal yaşadınız. Anar sənin bir çox üsulları ondan öyrəndiyini, amma bunu dandığını iddia etmişdi...

- Anarın işlərini çox bəyənirəm, onu pisləməyim gülməli olar. Heç vaxt Anarın yanında dayanıb, nəsə öyrənməmişəm. Biz Anarla hansısa tədbirdə, müştərinin evində qarşılaşmışıq. "Eurovision"da yanyana gəlmişik. Bilmədiyim nəsə görəndə, soruşmuşam. Bunu da özümə eyib bilmirəm. 20 ildir bu sənətdədir, özünü təsdiqləmiş stilistdir.

- Şou-biznesdə olduğu kimi stilistlər arasında da qalmaqal yaşanır...

- Haqqımda danışanlar çox olur. Amma kiməsə cavab verməyi sevmirəm. Bunlar hamısı paxıllıqdan irəli gəlir. 9 ildir stilistlik edirəm. 20 ildir bu işdə çalışanın qazandığını əldə etmişəm: ikimizin də eyni insanlara çıxışımız var, eyni kosmetikadan istifadə edirik, eyni məşhurlarla çalışırıq. Mənim 9 ildə bu qədər uğur qazanmağımı çoxları həzm edə bilmir. Hər stilistin öz tərzi var. Ən çox bəyəndiyim Ruxa, Anar Malikdir. Saç düzümündə isə Fuadın adını çəkə bilərəm. Bizimkilər daha çox ərəb stilli makiyaja üstünlük verir. Mənsə Avropa tərzini xoşlayıram.

- Elnur tələbə yetişdirir?

- Cəmi iki tələbəm olub: Vəfa və Lamiyə. İndi onlar sərbəst vizajist kimi fəaliyyət göstərirlər. Bundan sonra heç vaxt olmayacaq. Ancaq qocalanda öyrədəcəyəm. Vizajistlik bir yaşa qədərdir. Sən həmişə bir yerdə qala bilməzsən.

- Zamiqin işlərin necə çatdırırsan?

- Zamiqlə 9 ildir dostuq. Elə şərait yaradıb ki, bir-birimizə maneçilik törətmirik. Bizim yanımızda başqa köməkçimiz də var. Çalışıram ki, müəyyən dərəcədə onun yanında olum. Zamiqi hər sözündən tanıyıram. Prodüserliyi atmaram. Bu, keçmişini danmaq kimi çıxar. Aramızda fikir ayrılıqları da olur. Ən çox çəkilişlərdə dalaşırıq. Geyimlərdə fikirlərimiz üst-üstə düşmür. Stilist kimi heç vaxt kişi müğənnisi ilə çalışmaram. Tək işlədiyim Zamiq olacaq. Çünki şou-biznesdə ondan zövqlü kişi müğənnisi tanımıram.

- Bəs xanım ifaçılardan kimləri zövqlü, kimləri zövqsüz adlandırırsan?

- Xanımlardan Röya, Ruhi Əliyeva, Sevda Yahyayeva və Günay İbrahimli ilə çalışıram. Son vaxtlar özümə söz vermişəm ki, müğənnilərlə az işləyim. Çünki bizim ifaçılar yeniliyə açıq deyil. Nəsə qeyri-adi bir şey etmək istəyirsən, başa düşmürlər. Bu baxımdan bircə Röya ilə işləmək rahatdır. O xanıma nə etsən etiraz bildirmir, daim yeniliyə açıqdır. Zövqsüzlərimiz çoxdur. Onlardan biri də Manana xanımdır. Nə tərzi var, nə də zövqü.

Bəzi müğənnilər var ki, tərzlərini yaradıblar. məsələn, Zülfiyyə Xanbabayevanın tərzi var. Qara libası, adi pencəyi elə geyinir ki, çox dəbli görünür. Əvvəl Sevil və Sevinc bacılarının geyimini bəyənmirdim. Deyirdilər ki, bizim imkanımız yoxdur, nəyisə bir-birinə uyğunlaşdırmaq üçün seçimimiz azdır. Amma indi öz tərzlərini tapıblar, saç düzümləri də əladır.

Bir də Nazpəri Dostəliyeva... Çox gözəl xanımdır, amma dəyişməkdən qorxur. Bu xanım illərdir eyni saç rəngi və düzümündədir. ümumiyyətlə, müğənnilərimizin çoxu dəyişməkdən qorxurlar. Elə aparıcı Lamiyə Ələkbərova da... Gözümü açandan o xanımı eyni stildə, çəkidə görmüşəm. Özü də etiraf edir ki, mən dəyişməkdən qorxuram. Şou-biznesimizdə səhər verilişinə klassik kostyumda çıxan, yemək proqramına ziyafət libası geyinən, smokinqlə qalstuk taxan o qədər ifaçı var ki...

Belələrinə baxanda gülməyim gəlir. Aparıcılarımız bir az görünüşlərinə əl gəzdirsinlər Nərgiz Cəlilova kimi zövqlü aparıcı görməmişəm. Getdiyi yerə o qədər uyğun libas seçir ki, adam təəccüblənir.

- Bir ara yaxın dost olduğun Günay İbrahimli ilə küsdüyünüz xəbərləri yayılmışdı...

- Arada işimin çoxluğundan onu qəbul edə bilmirdim. Buna görə də tələbələrimin yanına gedirdi. Amma aramızda küsülülük yoxdur, hər şey yaxşıdır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ahu · 26 Yanvar 2016 16:3100

    Cox gozel el isleri varr Afaq Gencelinin makiyaj ve sac duzumunden bilinir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.