Şou-biznes

“Eurovision 2011” təmsilçilərimiz bu gecə Ukraynaya yola düşür

17 Fevral 2011 20:33
Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ANS PRESS-in məlumatına görə, ölkəmizi "Eurovision-2011" mahnı müsabiqəsində təmsil etmək hüququ qazanan duet ortaqları Nigar Camal və Eldar Qasımov bu gecə vətəni tərk edir. Təmsilçilər hər il olduğu kimi, müsabiqə öncəsi Ukraynada hazırlıq prosesi keçəcək.

Azərbaycan təmsilçilərini Dyüsseldorf şəhərində keçiriləcək "Eurovision 2011"in səhnəsində çıxışa ukraynalı mütəxəssislər hazırlayacaq. Azərbaycanı indiyədək "Eurovision"da təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadə, Aysel Teymurzadə və Araş duetlərini və eləcə də Səfurə Əlizadəni də müsabiqəyə Ukraynanın "Luxen" şirkəti hazırlamışdı. Eldar və Nigar dueti ilə də məhz bu şirkət məşğul olacaq.

Elgar və Nigar müsabiqənin keçiriləcəyi tarixədək xüsusi vokal, rəqs, performans dərsləri alacaqlar. Hazırlıq dövründə onların ifa edəcəyi mahnı da müəyyənləşəcək. Daha sonra həmin mahnıya uyğun geyim və rəqs nömrəsi hazırlanacaq.

Qeyd edək ki, "Eurovision 2011" mahnı müsabiqəsi Almaniyanın Dyüsselford şəhərində keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.