Türkiyəli Osman Albayrağın rejissorluğu ilə ərsəyə gələn "Yarımdünya" filminin qala-gecəsi baş tutub.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, ekran işində əsas rollarda müğənni Miri Yusif, aparıcı Tural Əsədov, model Gülsara, aktrisa Pərvin Abıyeva və Qurban İsmayılov çəkiliblər.
Filmlə bağlı təəssüratlarını bölüşən Miri Yusif bunları deyib:
"Filmə ilk dəfə təqdimat günü baxdım. Bir aya yaxın vaxt ərzində çəkilişlər başa çatdı. Ssenari mənə veriləndə rejissordan bir istəyim var idi: danışıq tərzimi olduğu kimi saxlamaq. Çünki mən gündəlik həyatda dostlarımla necə danışıramsa, burada da elə olmalı idi. Bura söyüş də daxildir. Məncə, belə daha maraqlı alınıb. Filmdə aktyor Kamran Ağabalayevin məni döydüyü səhnələr realdır. Burnumda əyrilik var idi. Türkiyəyə müalicəyə gedəcəkdim. Kamran vurdu, düzəldi. Sağ olsun" (gülür).
T.Əsədov "Yarımdünya" ilə bağlı #sevgiyoxdur haştaqını yaratdıqlarını bildirib:
"Bu cür etdik ki, hər kəsdə maraq doğursun. Bu, düşünülmüş addım idi. Sevgi var, ya yoxdur?"
Rejissor Osman Albayraq isə aktyor heyətindən razılıq edib:
"Hər kəs öz obrazının öhdəsindən layiqincə gəldi".
Əlavə edək ki, ekran işinin ssenari müəllifi Mehmet Ulukan, prodüseri isə Tural Əsədovun özüdür. Filmdə səslənən bütün mahnılar Miri Yusifə məxsusdur.
Qala-gecə sənət aləminin tanınmış simalarının iştirakı ilə keçirilib.
Qeyd edək ki, film aprelin 9-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Videonu izləmək üçün şəklə klikləyin.
Şou-biznes
Miri Yusifin çəkildiyi film təqdim olundu - VİDEO - FOTO
7 Aprel 2015 10:01
1 Şərh
Baxış: 5 701
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Panamada güclü zəlzələ oldu
- “Panathinaikos”da Fatih Terim qərarı
- Bakıda bu yollarda sıxlıq var - SİYAHI
- 57 yaşı olduğuna heç kim inanmır - İllərə meydan oxuyan kişi sirrini açdı
- Bakıda gənc oğlanı avtobus vurdu
- İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
- Tural və Anar Məmmədxanovun arxiv FOTOsu
- “Yuventus” finalda
- KTMT-nin baş katibi: Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir
- Argentina İranın nazirinin həbsini tələb edir
- Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıb - FOTO
- "Sandık kokusu"nda yeni aktrisa - - FOTO
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
- Xalq artisti Tünzalə Ağayeva dəyişdi - VİDEO
- PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir
- Məşhur festival bu məbləğdə cərimələnib
- 15 gündə qarın piyini əridən içki
- Ceyhun Bayramov Çexiyada bir sıra şəxslərlə fikir mübadiləsi aparıb - FOTOlar
- Ermənistanda polis zorakılığı artır - Freedom House
- Deputatın köməkçisi casus çıxdı: həbs olundu
- Bu yay üçün REKORD İSTİLİK gözlənilir
- Xalq artistinin bahalı avtomobili - FOTOlar
- "Arsenal" "Çelsi"ni darmadağın etdi