Şou-biznes

İlhamə: "İbiza mənim başıma dəysin"

5 Aprel 2015 16:03
0 Şərh     Baxış: 3 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni İlhamə Qasımova pulun insan həyatında olan önəmindən danışıb. O, pullu adamın işlərinin də rahatlıqla getdiyi qənaətindədir.
 
Milli.Az publika.az-a istinadən bildirir ki, o deyib:

"Pul elə bir qüvvədir ki, sən heç kəsə tabe olmursan, heç kəsə baş əymirsən, işlərini rahatlıqla görə bilərsən. Mən pulu qənaət və ağılla xərcləyirəm. Pulumun qədrini bilirəm. Təyyarədə belə heç vaxt biznes-klass üçün bilet almıram. Lazımsız şeylərə pul xərcləmirəm. Bir həftəlik səfər üçün 20 min xərcləmirəm. Həmin məbləğin üçdə bir hissəsi ilə bir ay xaricdə istirahət edərəm. İspaniyanın 7 şəhərini gəzdim, orada qaldım. Cəmi 4500 manat pul xərclədim".
 
Qasımova hətta pulu xərcləməmək üçün arzularından imtina etdiyini də etiraf edib.
 
"İbizaya getmək istəyirdim. Otellərin qiymətini görəndə, dedim, İbiza mənim başıma dəysin. Otellərin bir günü 800-900 avro idi. Mən belə şeylərə pul xərcləmərəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.