Şou-biznes

Ailəsi Elnurdan imtina edib?

22 Yanvar 2015 20:10
37 Şərh     Baxış: 17 483

"Elnur Hüseynov ailəsini hamıdan gizlədirdi, anası haqda ümumiyyətlə heç nə danışmırdı".

Bu barədə azvision.az-a Azərbaycan Dövlət Filarmoniyasının Kadrlar Şöbəsindən məlumat verilib.

"O səs Türkiyə" müsabiqəsində uğurlu çıxışı ilə gündəmə gələn Elnur Hüseynovun həyatı və yaradıcılığı ilə bağlı onun Filarmoniyada çalışan müəlimi maraqlı fikirlər səsləndirib.

Adının mətbuatda çəkilməsini istəməyən müsahibimiz bildirib ki, E.Hüseynov illər öncə Xor Kopellasında çalışsa da, ailəsi ilə bağlı məlumatları kollektivdən həmişə gizli saxlayırmış:

"Elnurun atası hərbçi olduğuna görə onlar gah ora, gah da bura gedirdilər. Yəqin ki, Elnurun ailəsi Bakıda kiminsə evində kirayə qalırdı. Biz onu Filarmoniyaya çox cavanikən işə götürmüşdük. Həmişə qorxurduq ki, bu uşaq əvvəl-axır özünə nə isə edə bilər. Elnur həmişə deyirdi ki, böyük bir partlayış edəcək. Ukraynaya getmək istəyirdi. Daimi orada qalmaq, yaşamaq arzusundaydı. Elnur işə gəlmirdi. Amma biz onun əmək kitabçasını korlamaq istəmirdik. Bədii rəhbərə dedik ki, Elnuru axtarıb tapsınlar və o, gəlib ərizəsini yazsın və işdən çıxsın.

Qorxurduq ki, onun başına nəsə gələ bilər. Elnurun atası hərbçi həkim olub. Onun anası, çox güman ki, musiqi sahəsini bitirmişdi. Amma anası işləmirdi. Elnurun bir qardaşı da var idi. Qardaşı Elnurdan balaca idi. O, Azərbaycan dilini yaxşı bilirdi. Onun valideynləri, yəqin ki, tez-tez başqa-başqa ölkələrə gedirdilər. Elnur çox vaxt Bakıda tək qalırdı. Biz Elnurun nailiyyətlərinə həmişə sevinmişik. O, ilk dəfə bizim yanımıza gəlib və qarşımızda oturub. Biz o vaxtlar Elnurun ailəsi barəsində məlumatlar toplamağa çalışırdıq. Amma heç nə əldə edə bilmirdik. Özü ailəsi ilə bağlı heç nə danışmırdı. Elnur tez-tez konsert verərdi. Onun çoxlu tamaşaçı kütləsi var idi. Xeyli insan onun konsertinə gələrdi. Elnur gizlətsə də, o, Bakıda ailəsindən ayrı, tək yaşayırdı. Elnur ailəsinə qarşı çox biganə idi. Ümumiyyətlə, ailəsi ilə bağlı məsələlər onu maraqlandırmırdı. Səbəbini isə deyə bilmərəm. O, anası barəsində bütün məlumatları gizlədirdi. Ola bilsin ki, ailəsi ondan imtina etmişdi. Özünü işdə də çox qəribə aparırdı. Hətta o, atasının, anasının neçə yaşında olduğunu belə bilmirdi".

Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, xalq artisti Gülbacı İmanova da Elnurla bağlı fikirlərini bölüşüb. Bildirib ki, E.Hüseynov çox böyük səs imkanına malikdir:

"Elnur bizdə Xor Kopellasında işləyib. Çox istedadlı vokalçı olub. Bir şəxsiyyət kimi də o, çox yaxşı insandır. Mən ondan bir vokalçı kimi çox razı idim. Onun Xor Kopellası ilə birlikdə tez-tez konsertləri olub. Bizim konsertlərimiz çox uğurlu olurdu. Elnur həmişə bizimlə maraqlanır. Onun ailəsi Bakının kəndlərindən birində qalırdı. Elnur isə Bakının mərkəzində qalırdı".

Sonda isə G.İmanova qeyd edib ki, Elnur Hüseynov çox böyük musiqiçidir.

Qeyd edək ki. Elnur Hüseynov və Samir Cavadzadə ilk dəfə Avroviziya musiqi yarışmasında Azərbaycanı təmsil ediblər. E.Hüseynov hazırda Türkiyədə telekanalında yayımlanan məşhur "O səs Türkiyə" musiqi yarışmasının iştirakçısıdır.

Milli.Az

loading...

Şərh yaz:

37 Şərh:

  • Anonim
    Anonim · 22 Yanvar 2015 20:5210

    Chox hormetli milli az,sizin ne ishinize qalib Elnurun ailesi ile maraqlanmaq,belke o hech istemir danishmaq,insanlarla bolushmek,bir az hormet edin bashqalarinin ozel heyatina....bu da Reqsane,Roya,Aygun deyil ki,senetden bashqa her sheyle gundeme gelsin.....chox gozel sesi var,sehneye chox yarashir ve en esas da chox medeni bir insandir(bir choxlarindan ferqli olaraq)!!!!!!!

    Cavab yaz
    • Anonim
      Anonim · 22 Yanvar 2015 22:0000

      Beli tam raziyam sizinle artiq hormetde qalmayib ozude ki bu melumat yalandi men arawdirmiwam ama lap dogrudu size ne axi onun heyatindan? Siz onun ugurlarindan, guclu sesinden, mohtewem ifalarindan yazin...

      Cavab yaz
      • Anonim
        Anonim · 23 Yanvar 2015 00:0702

        RÖYAYA ÇATMAĞINA ÇOX VAXT LAZIMDIR.PƏLƏNGİ PİŞİKLƏ SƏHV SALMAYIN..

        Cavab yaz
        • Anonim
          Anonim · 23 Yanvar 2015 10:3710

          Ahahahahah Roya??? Royanin Elnura catmagina hec bilirsen ne qeder var? Hec Roya Elnurun cixartdigi sesden cixarda biler onun kimi oxuya biler? Heyatinda ele oxuya bilmez!!! Haqsiz insanlarsiz ee ayibdi ee Royaymiw yox bir ahahahah

          Cavab yaz
          • Anonim
            Anonim · 23 Yanvar 2015 12:4700

            Besdirin görek Röyanın d elnurun da öz yeri var müqayise etmiyin ikisinin de sesi çox gözeldi ferqlidi Nezxanım

            Cavab yaz
    • Anonim
      Anonim · 22 Yanvar 2015 22:1300

      TAm sizinle werikem,

      Cavab yaz
    • Anonim
      Anonim · 22 Yanvar 2015 22:2400

      Tam sizinle razıyam! Niye ireli gedene çirkab yaxmağa çalışırsınız? İnsan serbest çalışırsa,her hansı naiıiyyet elde edirse o demek deyil ki, ailesinden imtina edib.Ne etmelidir,ata anasının eteyinden yapışmalıdır? Eyer bele bir hal ermenilerde olmuş olsaydı öz senetçileri en alçaq biri olmuş olsaydı onu ilahileşdirerdiler.Niye bu qeder çürüksünüz?Niye sadece sevine bimirsiniz?Sevine bilmirsiniz barı,susun!

      Cavab yaz
  • Anonim
    Anonim · 22 Yanvar 2015 22:5900

    Cox ayib olsun size milli.az. bizim bu millet ermeniden beterdi. ne seviyyesiz nagildi bu. siz yaxshisi budur hemishe kimlerden xeber yazmisinzsa onlardan da yazin.meselen Maral tahirqizindan, terane ve musadan. seneti olan qabaga getmek isteyen insanlardan el cekin. umidvaram Elnur bir de hec vaxt bu xarabaya qayitmaz, cunki bu millet duzelen deyil. O musahibe veren ermeni de Elnura sagol desin ki Filarmoniyanin seviyyesin sesi ile qaldirib.

    Cavab yaz
  • Anonim
    Anonim · 22 Yanvar 2015 23:0300

    Hörmətli milli.az, mənim 2 şərhimi niyə vermirsiz? Obyektivsinizsə,verin də,əks halda,qərəzli olduğunuzu düşünəcəm.Onsuz da bu yazı heç də yaxşı fikir yaratmır sizin haqqınızda.

    Cavab yaz
  • Anonim
    Anonim · 22 Yanvar 2015 23:4500

    milli.az bir az Allahdan qorxun

    Cavab yaz
    • Anonim
      Anonim · 23 Yanvar 2015 09:1300

      O insan ucalir, bular onu yixib baltalamaq istayir paxillar.

      Cavab yaz
      • Anonim
        Anonim · 23 Yanvar 2015 10:3900

        Aynen paxillar...

        Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 00:3900

    Bir az irəli cıxanımız var eee,pricina axtarırıq.Arxasında durun e,boş-boş şeylər axtarmayın

    Cavab yaz
  • Anonim
    Antikvar · 23 Yanvar 2015 01:1400

    O muellim guya musahibe verib. Orda yazilanlara fikir verin. "Yeqin ki" "ola bilsin ki" "cox guman ki". Bele musahibe olar? Deyesen bilmirler ne danissinlar. Texeyyulunde nese formalasdirir ve ferziyyelere esaslanaraq musahibe verir. Cox gulmelidir. Bir az savadli yazi yazin xahis edirem.

    Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 01:2100

    Hörmətli milli.az, şərhlərimi vermədiz.Mən də sizin bu "araşdırmanıza" görə sizi qınayıram.Hələ o adını vermək istəməyən,dəqiq məlumatı olmadığı halda "deyəsən"lərlə Elnurun ailəsi haqqında artıq-əskik danışan "müəllimi" daha çox qınayıram. Elnur kimi istedadlı gəncə arxadan vurulmuş bu zərbə bilin ki,çooox böyük günaha batırır sizi və müəllim adına yaraşmayan,adini gizli saxlayan o "müəllimi".

    Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 01:5700

    Sizin o müsahibiniz nədən qorxur ki, adının çəkilməsini istəmir,bəlkə yalan danışmağından,mən artıq onun bir yalanını tutdum,Elnurun qardaşı yoxdur, O səs Türkiyə-dəki müsahibəsində özü demişdiki bir bacısı var və o da pianoçudur

    Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 05:5000

    Cinsi azlıgın nümayəndəsi oldugu ücün ailəsi imtina edib

    Cavab yaz
    • Anonim
      Anonim · 23 Yanvar 2015 10:0100

      Çox xahiş edirəm ki əmin olmadığınız və bilmədiyiniz bir insan üçün belə nalayiq sözlər işlətməyəsiniz. Hər kimdir hər nədir Azərbaycanlıdır və bizim qanımızdandır. İçinizdə biraz insan sevgisi olsun və bəsdirin bir birinizi günahlandırmaqda. Bu heç düşmanlarımıza da yaraşmır

      Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 09:3000

    bu da bizim xəbər portalımız:"yəqin ki","deyəsən". Bilmirsiz,yazmayın da! Ümumiyyətlə sizə nə,ailəsi onu atıb,ya tutub! gənc oğlandı,həyatda öz yerini axtarır.
    hə,amma bir şeyi deyəsən düz yazmısız,mama uşağı deyil!
    nə isə,sizdə professianalizm gözlədiyimiz halda deqradasiyaya doğru gedirsiz(

    Cavab yaz
  • Anonim
    MODERATOR · 23 Yanvar 2015 09:5700

    Bu YAZINI MİLLİ.AZ YAZMAYIB. Azvision.az YAZIB. NƏSƏ ETİRAZINIZ VARSA ONLARA BİLDİRİN! GÖRMÜRSÜNÜZ Kİ, ONLARA İSTİNAD VERMİSİK??? YAZARIN ADINI GİRİB O SAYTDAN GÖTÜRÜN! TƏHQİR EDƏNLƏR DANIŞIĞINI İTİRƏNLƏR BAN OLACAQ!

    Cavab yaz
  • Anonim
    ZAZU · 23 Yanvar 2015 10:0000

    Elnurun ozune cata bilmirler, kolgesini qilinclayirlar... Bu yeqin ki, elinde mikrofon Elnurun arxasinca qacan jurnalistletrin texeyyulunun mehsuludur. Bari isbatli hekaye uydurardiniz dee. 5 yashli ushagin da gulmeyi gelir bi cefengiyyata))) Ayib olsun sizlere! Elnur hec ferqinde deyil siz onun haqqinda neler uydurursunuz)

    Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 10:0100

    bir adam neyese nail olanda, bashlayirlar onu qaramalaqa

    Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 10:1200

    eh bu milletin evini paxilliq yixibeee bedbextler

    Cavab yaz
  • Anonim
    vusucuk · 23 Yanvar 2015 10:3500

    o adinin cekilmesini istemeyen shexs bele arxayindirsa dediklerine niye ad vermek istemir? 2ci de ureyinde o qeder ilishib qalib ki, ailesi haqda melumat toplamaq, gorub Elnurdan nece iller erzinde toplaya bilmeyib, sonda oz texeyyulleri esasinda qurdugu Elnurun aile veziyyetini camaatla bolushmek qerarina gelib deyesen... AYIBDI VALLAH AYIBDI!

    Cavab yaz
  • Anonim
    Zeynəb Shahali · 23 Yanvar 2015 10:4400

    Bax sonra da deyirik insanlar bizi bəyənmir. Əlbəttə bəyənməyəcək. Onun bunun həyatını qarışdırmaqdan başqa işimiz yoxdu. Qabağa gedənin ayağıdan dartırıq, təkan vermək, onu qorumaq əvəzinə. Düzəlməyəcəyik.

    Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 10:5000

    Elnurun ailesi bizim qonşudur, ibadet ehlidiler sadece Elnur uşaqlıgdan şeherde qalırdı amma ailesinin yanına gelir

    Cavab yaz
    • Anonim
      Anonim · 23 Yanvar 2015 12:0100

      bu elnurdan ele zehlem gedir ki vallah zem zehlem gedir bundan

      Cavab yaz
      • Anonim
        Anonim · 23 Yanvar 2015 13:2500

        Bizimde paxillardan!!

        Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 12:2600

    milli.az siz jurnalsit olsanız əvvəl bu xəbər araşdırmanız gərəkir.. siz kopyala yapışdır jurnalsitisiniz.

    Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 12:2600

    milli.az bu xeberi saytınızdan silin

    Cavab yaz
  • Anonim
    Vusale · 23 Yanvar 2015 12:5200

    Mence Elnuru rahat buraxin.Qoyun ugurunu qazansin.Destekleye bilirsizse destekleyin,yox bacarmirsizsa o qurdlu muellimi danishdirmaq ve aleme yaymaq lazim deyil.eger o pedaqoq adini ve vezifesini dashiya bilseydi kiminse shexsi ishlerine qarishmaz ve aleme yaymazdi.her kes oz ailesineçoz eyiblerine baxsin.İndi esas odur ki, o ushaq bizim fexrimizdir.İyrendirmeyek onu

    Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 13:3400

    Müğenlilerin hansının normal ailesi olub

    Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 15:3000

    Elnur sene ugurlar bashga hec ne

    Cavab yaz
    • Anonim
      Anonim · 23 Yanvar 2015 19:2400

      ireli gedeni baltalamaq bizim adetlerimizden biridir,,hec teecublenmedim

      Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 17:5700

    Ona cinsi azlığı nümüyəndəsi deyənin özü cinsi azlığın nümayəndəsidir.

    Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 18:3200

    Elnur super səsin var

    Cavab yaz
  • Anonim
    Anonim · 23 Yanvar 2015 19:1700

    Elnur sənə ugurlar.Yəqin bunu səni gözdən salmaq ücün hazırlayıblar,amma cox əbəs yerə.İndi 41-45-ci il deyil hər yazılana inansınlar

    Cavab yaz

XƏBƏR LENTİ