Şou-biznes

Leyla Ramazanlı “Qran pri” aldı

24 Dekabr 2010 10:05
Baxış: 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən Heydər Əliyev adına Sarayda "Bakı gecələri" adlı estrada mahnı festivalı keçirilib. Milli.Az xəbər portalının məlumatına görə, bir çox gənc müğənnilərin iştirakı ilə hər il baş tutan mərasim bu dəfə də ənənəsinə sadiq qalıb. Konsertdə gənc müğənni Leyla Ramazanlı mükafata layiq görülüb.

Müğənni sözləri Arzu Əsədova, musiqisi İsmail Əsədova məxsus olan "Qələbə" adlı ifası ilə festivala qatılıb. Sonda Leyla Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən  festivalının "Qran pri" mükafatına layiq görülüb. Leyla ilə yanaşı mahnının müəllifləri Arzu Əsədov və İsmail Əsədov da mükafatlandırılıblar.

Leylanın  meneceri Ceyhun əlavə edib ki, mükafatlandırılan, vətənpərvərlik mövzusunda olan mahnısının klipi artıq hazırdır: "Klipin rejissorluğu Xavər Ağamalıyeva və Elrəngə məxsusdur. Klip artıq tamaşaçılara təqdim olunub".

Xatırladaq ki, konsertdə səslənən mahnılar "Qran-Pri" və 4 nominasiya üzrə mükafatlar uğrunda mübarizə aparıblar. Qala-konsertdə iştirak edən ifaçılar "Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı" adına layiq görülüblər.

Mələk
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.