Şou-biznes

Bakuvi yaradıcılığından danışdı

22 May 2014 17:07
0 Şərh     Baxış: 1 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bəstəkar Tural Bakuvi yeni yaradıcılıq işləri ilə bağlı məlumat verib
O, Milli.Az-a açıqlamasında bunları deyib:

"Əvvəlcə onu bildirmək istəyirəm ki, qocaman rejissorumuz Adil Azayın, 15-ci əsr dahi Azərbaycan sufi alimi, filosofSeyyid Yahya Bakuvi haqqında çəkdiyi sənədli filmin musiqilərini işləyirəm. Yekunlaşdırmaq üzrə olduğumuz proektin aranjman işlərini isə Ramal Rəsulgörür.

Eyni zamanda daha 2 teleserialın musiqi işlərinə artıq demək olar ki, başlamışıq. Qeyd edim ki, ANS TV-də yayımlanan, Zabir Əliyevin aparıcısı olduğu "Əslində Mən" və bir neçə başqa verilişlərin də musiqiləri mənə aiddir. Mahnı və instrumental kompozisiya işlərim də, təbii ki, davam etməkdədir.

Bundan əlavə Flora xanım Kərimovailə 3 yeni mahnı üzərində, Zaur Əmiraslanovvə Rövşən Civişov ilə ikinci, Nurlan Əzizbəyli ilə isə ilk mahnımızı işləməkdəyik. Qeyd edim ki, bütün bu mahnıların sözləri və musiqisi mənə, aranjmanı Ramal Rəsula aiddir. Bununla yanaşı "Nostalji" adlı yeni instrumental Kompozisiyamın işləri də yekunlaşmaq üzrədir. İndiyə qədər təqdim etdiyim kompozisiyalardan daha fərqli abu-havada olan bu kompizisiya, əsasən, saksofon və gitara ifası üzərində qurulub. Kompozisiyanın saksofon ifası Fərid Ağayevə, gitara ifası isə Ramal Rəsula aiddir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.