Şou-biznes

Murad Arif onu 20 kiloqram arıqladan pəhrizindən danışdı

3 Aprel 2014 18:00
13 Şərh     Baxış: 14 974
Aparıcı-bəstəkar Murad Arifin 20 kiloqram arıqladığı ilə bağlı xəbər vermişdik.

Milli.Az xəbər verir ki, axşam.az-ın müxbiri ilə söhbətində aparıcı buna necə nail olduğundan danışıb:

"ANS telekanalında yayımlanan "İncə maraqlar" verilişinin qonağı idim. Orada dietoloq Leyla xanımla tanış oldum və mərc gəldim ki, onun sayəsində 3 aya arıqlayacam. Bunun üçün əvvəlcə müayinədən keçdim, artıq çəki yığmağıma səbəb olan amil müəyyənləşdirildi. Analizlərdən sonra məlum oldu ki, məni kökəldən insulindir. Onun miqdarını normaya salmaq üçün müalicə aldım. Buna uyğun pəhriz yazdılar. Pəhriz menyusu hər həftə dəyişir. Əsasən, təbii qidalardan istifadə edirəm. Qida rasionumdan şirniyyatı, xəmir xörəklərini tamamilə çıxartmışam. İdmanla məşğul oluram: trenajor, qaçış lenti, velosiped. Üç ay ərzində 20 kiloqrama qədər arıqladım. Bu pəhrizi başqalarına məsləhət görə bilmərəm. Çünki individualdır. Mənim orqanizmim üçün təyin olunan menyu başqasına zərər vura bilər. Buna görə də əvvəlcə həkim müayinəsindən keçmək lazımdır. Bilirəm ki, pəhrizə davamlı əməl etsəm, lap çox arıqlayaram. Amma hərdən qanunları pozuram. Hazırda 92 kiloqramam. Ən çox 85 kiloqram olmaq istəyərəm. Bundan artıq arıqlamaq imicimi itirməyimə səbəb ola bilər. Bir çox məşhurlarımız var ki, arıqlayıb, simalarını itiriblər. Bunu xoşlamıram".

Murad Arif arıqlamağının səbəbini də açıqlayıb. Sən demə, aparıcı yaxın günlərdə müğənni kimi fəaliyyətə başlayacaq:

"Tədbirlərdə aparıcılıq edirəm. Bəzən müğənni gecikir, onları özüm əvəzləyirəm. Həm də cəmiyyətimizdə müğənnilərin sözü keçərlidir. Bu səbəblər məni müğənniliyə meylləndirdi. Hətta artıq oxumağa başlamışam. Öz mahnılarımı oxuyacam. Yaxın günlərdə klipim də təqdim olunacaq".

"Bundan sonra ən yaxşı bəstələrinizi özünüzə saxlayacaqsınız" sualına isə Murad Arif belə cavab verib:

"Əlbəttə, bu, belə olmalıdır. Ən gözəl bəstələrimi özüm səsləndirəcəm".

Milli.Az
loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Anonim · 5 Aprel 2014 10:0600

    Dietoloq Leyla xanimla nece elaqe saxlamaq olar? Nomresini bilen varsa, zehmet olmasa, yazsin. Mene cox lazimdir.

    Cavab yaz
  • Anonim
    Anonim · 5 Aprel 2014 10:3100

    Xahish edirem, Leyla xanimin ya nomresini, ya da ish yerini yazin. Dietoloqa cox ehtiyacim var.

    Cavab yaz
    • Anonim
      Seva · 13 İyul 2015 18:1100

      050 668 48 23 Seva

      Cavab yaz
  • Anonim
    Anonim · 9 Aprel 2015 22:0141

    Salam hər kəsə sizə həm asan həmdə saglam bir dieta yazmaq istərdim mən bunu etdim qisa vaxtda 7-kl verdim ama lap düzgün əməl etsəniz 10-gün də 10-kl cəki ata bilərsiniz

    Cavab yaz
    • Anonim
      Terane · 24 Noyabr 2015 19:4600

      Zehmet olmasa o dietani boluwe bilersiniz?

      Cavab yaz
    • Anonim
      Terane · 24 Noyabr 2015 20:3500

      Mene tecili lazimdi o diet. AMA siz Allah heqiqeten yoxlayib 7 kilo ariqlamisinizsa deyin xaiw edirem

      Cavab yaz
    • Anonim
      Fidan · 8 Aprel 2016 20:0300

      Offf

      Cavab yaz
    • Anonim
      anonim · 26 Aprel 2016 12:3500

      Yazindaaa nolar allah xatirine nece ariqladiniz?

      Cavab yaz
  • Anonim
    Yegane · 7 Avqust 2015 19:5600

    Artiq cekiden nece xilas olum

    Cavab yaz
    • Anonim
      Gunel · 4 Yanvar 2016 13:3200

      Cox xahiw edirem 7kq ariglamaq dietasin yazadriz

      Cavab yaz
  • Anonim
    Fidan · 8 Aprel 2016 20:0200

    Xais edirem o diyetani deyesiz

    Cavab yaz
  • Anonim
    anonim · 26 Aprel 2016 12:3600

    Ne olar yazindaa gozleyiremmm

    Cavab yaz
    • Anonim
      Ananim · 18 Noyabr 2016 16:0600

      Zehmet olmasa yazinde o detain

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.