Şou-biznes

Azərbaycanlı müğənninin həbsdə olan bacısı azadlığa çıxdı

11 Dekabr 2013 14:04
2 Şərh     Baxış: 3 304
Əməkdar artist Firuzə İbadovanın bacısı, aktrisa Rəhilə İbadova həbsxanadan çıxıb. 2006-cı ildən 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən aktrisa dekabrın 11-də azadlığa buraxılıb.

Milli.Az xəbər verir ki, artıq ailəsinin yanında olan aktrisa azadlıqda ilk təssüratlarını APA TV ilə bölüşüb: "Yaxşıyam, müstəntiqimiz tutulandan sonra lap əla oldum. Çünki düzgün iş aparmadı. Həm pulum getdi, həm canım. 8 il verilmişdi. Ancaq bəraət kimi verildi, tez çıxdım".

Rəhilə İbadova bundan sonra da aktrisalıq fəaliyyətini davam etdirəcəyini deyib: "Bir az özümə gəlim, stressdən çıxaram. Studiyaya gedərəm, çəkiliş edərəm. Mən hələ fəaliyyətimi davam etdirmək şücaətindəyəm. 38 ilin aktrisasıyam, sənət adamıyam. Bu da bir qara xəttidir. Allah sevdiyi bəndələrini sınağa çəkir".

Rəhilə İbadova 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Dövlət İncəsənət bitirib. 1969-cu ildən həbs olunanadək (37 ildən artıq) Abdulla Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa işləyib. "Tık-tık xanım", "Cırtdan" və bir çox nağılın qəhrəmanını canlandırıb, cizgi filmlərinin səsləndirilməsində iştirak edib, "Adam ol" filmində çəkilib. 1970-ci ildə ailə qurub, beş uşaq anasıdır. 2006-cı ildə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib. sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub.

Milli.Az
loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Anonim · 11 Dekabr 2013 14:4000

    gozleriniz aydin Firuze xanim allah hemise bele hadiselerden uzaq etsin sizin ailenizi.amin. duzu amma men tanimadim o aktrisani

    Cavab yaz
  • Anonim
    Anonimka · 12 Dekabr 2013 20:2200

    Firuze xanimin bacisi neye gore hebsde olubki? Bilen varsa yazsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.