Şou-biznes

Onlar həyatda "Bozbaş" deyillər... - FOTOSESSİYA

16 Oktyabr 2013 09:40
5 Şərh     Baxış: 11 369
Bu dəfə Milli.Az sizi "Bozbaş Pictures"in yaraşıqlı aktyorları ilə yaxından tanış edəcək. Gəlin görək onlar real həyatda necə biridirlər?

Başlayaq Şəmi obrazından - Şəmi obrazını canlandıran hər kəsin çox sevdiyi, yaraşıqlı teleaparıcı İlkin Həsənidir. 1983-cü ildə oktyabrın 21-də anadan olan İlkin İncəsənət Universitetinin televiziya rejissoru fakültəsini bitirib. On iki ildir ki ATV telekanalında aparıcı vəzifəsində çalışır. Sevilən aparıcının hobbisi foto çəkməkdir, onu da qeyd edək ki, İlkin Həsəni çəkdiyi fotoları ilə də çox məşhurdur. Ən çox sevdiyi aktyor isə George Clooney-dir. Subaydır.

Şöşü obrazını canlandıran və kiçikdən böyüyə hər kəsin rəğbətini qazanan aktyor Ramil Babayev 1978-ci ildə sentyabrın 13-ü Bakıda anadan olub. Orta təhsilli olmasına baxmayaraq Ramil ingilis, rus, fransız dillərində sərbəst danışır. İllərdir ATV kanalında montajçı vəzifəsində çalışan Ramilin aktyorluq qabilliyyəti məhz "Bozbaş Pictures"də üzə çıxıb. İstedadlı aktyor həm də peşəkar sehirbazdır. Göstərdiyi foks hərəkətləri ilə Ramil iş yoldaşlarının təəccübünə səbəb olub. Hobbisi cüdo ilə məşğul olmaqdır. Sevdiyi aktyor Ceki Çandır. Evlidir, iki qiz övladı var.

Fəlakət obrazı ilə çox sevilən aktyor Elşən Orucov real həyatda qızların sevimlisidir. 1985-ci ildə yanvarın 14-ü Bakı şəhərində anadan olan Elşən Orucov da ATV telekanalının əməkdaşıdır. İncəsənət Universitetinin Teatr və kino fakültəsini bitirən Elşənin əsl peşəsi aktyorluqdur. Hobbisi futbol oynamaqdır. Sevdiyi aktyorlar Yaşar Nuri, Kamal Xudaverdiyev və İlkin Həsənidir (gülür). Subaydır.

Əzəmət obrazı isə Azər Baxşəliyevə məxsusdur.1985-ci ildə iyulun 3-ü anadan olan Azər Baxşəliyev də ATV telekanalında çalışır. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Azərdən soruşduq: "Bəs nəyə görə fakültən üzrə çalışmırsan?" Aktyorun bizə maraqlı cavabı oldu: "Qəddafinin hərəkətlərindən sonra ərəb ölkələri gözümdən düşdü (gülür)". Ən çox sevdiyi aktyorlar Antoni Hopkins və "Bozbaş Pictures"də olan "Ağsaqqal" (gülür). Hobbisi sovet maşınlarının modellərini yığmaqdır. Subaydır.

Şirin obrazı ilə tez bir zamanda sevilən aktyor Nicat Rəhimov 1986-cı ildə Bakı şəhərində anadan olub. İncəsənət Universitetinin musiqili komediya aktyoru fakültəsini bitirib. Nicat həm də bizim ölməz sənətkarımız Yaşar Nurinin bacısı oğludur. Ən çox sevdiyi və örnək götürdüyü aktyor da məhz Yaşar Nuridir. Hobbisi telefonla oynamaqdır. Nicat həm də vokal dərsləri keçdiyinə görə toylarda müğənni kimi də iştirak edir, yaxın qohumu Rüfət Ağayevlə birgə siz Nicatı toylarda da görə bilərsiz. Subaydır, evlənmək barədə qəti düşünmür.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    musa · 16 Oktyabr 2013 16:3500

    İlkin sən sadəcə möhtəşəmsən Azərlə bir yerdə

    Cavab yaz
  • Anonim
    Anonim · 16 Oktyabr 2013 19:4000

    heqiqeten sevilirsiz men wexsen sizi hemiwe izleyirem ugurlar size uwaqlar sesiniz daha yukseklerden gelsin.

    Cavab yaz
  • Anonim
    Anonim · 16 Oktyabr 2013 23:4900

    Men de sizi sevrem ugurlar

    Cavab yaz
    • Anonim
      Anonim · 19 Oktyabr 2013 21:2800

      heqiqeten cox maraqlisiz bizde cox severek izleyirik

      Cavab yaz
  • Anonim
    Anonim · 23 Oktyabr 2013 14:1300

    Shirin cox shirindiye dogurdan dansihigi baki lehcesi ela super aktordu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.