Şou-biznes

Azərbaycanlı müğənninin ad günüdür - FOTO

15 İyun 2013 13:04
0 Şərh     Baxış: 762
Axşam.az-ın məlumatına görə, sənətçi 1985-ci ildə Şamaxı şəhərində anadan olub.

Valideynlərinin dediyinə görə, 3 yaşında olarkən Ramal pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib. 1991-ci ildə Şamaxı şəhər 5 saylı orta məktəbə daxil olub. 1993-cü ildə ilk dəfə Türkiyənin Rize şəhərində Sarımsaq festivalı adlı konsert proqramında çıxış edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub.

1998-ci ildən 2000-ci ilə qədər Bakı şəhərindəki "Səyyah" folklor ansamblında solist kimi fəaliyyət göstərib. Bir çox böyük səhnələrdə həmin ansamblnan çıxış edib. 2001-ci ildə təhsil aldığı məktəbi bitirib. 2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərayzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.

2004-cü ildə Azərbaycan müğənnisi Abbas Bağırovla birgə yaratdığı "A-Trio" adlı qrupda solist olaraq fəaliyyət göstərib. 2009-cu ildə solo karyerasına start verib və hazırda çox ciddi olaraq həm bəstəkar, həm də müğənni kimi fəaliyyət göstərir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.