Şou-biznes

Aygün Kazımova: "Təsadüf"

13 İyun 2013 15:54
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, dj Kazımın təqdimatında 106.3 FM radiosunda yayımlanan "Muleyli" şousunda Azərbaycanın xalq artisti Aygün Kazımovanın yeni mahnısı dinləyicilərə təqdim olunub.

Sözləri Leyliyə, musiqisi Hakan Erola məxsus olan "Təsadüf" adlı mahnı bir neçə ay bundan əvvəl hazır olsa da, xalq artisti real hitə namizəd olan ritmik musiqini bu gün üzə çıxarıb.

Təsadüflərdən daha çox düşünülmüş yenilikləri ilə yadda qalan Aygün xanımı sevənlər mahnı ilə bağlı xoş fikirlərini Facebook sosial şəbəkəsində yazdıqları statuslarda bir-biriləri ilə bölüşürlər.

Şahin Cavadsoy
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.