"Mühafizəçini bir şərtlə bağışlayaram..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarşı tərəflə barışıb-barışmamağım onun davranış tərzinə bağlıdır. Həmin adam çıxıb hər kəsin gözü önündə üzr istəməli və Allahı başının üstündə görməlidir.
Milli.Az xəbər verir ki, bu sözləri Globalinfo.az-a Xalq artisti Ağadadaş Ağayev onu döyən mühafizəçi barəsində danışarkən deyib.
Müğənni bildirib ki, mühafizəçini sadəcə üzr istəyəcəyi halda bağışlaya bilər:
"Yalnız məndən deyil, baş verənlərə görə xalqımızdan da üzr istəməlidir. Ümumiyyətlə, məni aşağılayacaq nə yalan məlumat yayıbsa, hamısını etiraf etməlidir. Yaşadığımız rayonda bizim nəsilə hər kəs hörmət edib. Mənim Mirzə babam bəy olub. Bütün davalarda, hətta qan davaları baş verəndə də hamı babamın yanına gələrdi ki, tərəfləri barışdırsın. Allah bağışlayandır, mən kiməm ki? Həmin şəxs Allahı unutmayıb, doğruları danışsa, üzr istəsə, niyə də bağışlamayım? Hər şey ola bilər".
Xatırladaq ki, bu il iyulun 23-də Binəqədi rayonu ərazisində xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital"ın mühafizəçisi (Mühafizəçi "Vətən-N Mühafizə" MMC-nin işçisidir) Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə xalq artistini döyüb.
Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir. İş üzrə zərərçəkən qismində "MedEra Hospital"ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.
Cinayət işi üzrə məhkəmə baxışı noyabrın 28-ə təyin edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
XƏBƏR LENTİ
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir





