Türkiyədə 2011-ci ildə silahlı hücuma məruz qaldıqlan sonra qismən iflic olan 72 yaşlı məşhur müğənni İbrahim Tatlıses yerimək qabiliyyətini itirdiyi üçün yenidən həkimlərə müraciət etmək məcburiyyətində qalıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə paylaşım edib.
O, fizioterapevt müşayiəti ilə seanslara başladığını bildirib.
"Allah hamıya tez şəfa versin, yenidən yeriyəcəyimə inanıram. Dualarınızı əsirgəməyin", - deyə məşhur müğənni pərəstişkarlarından dəstək istəyib.
Milli.Az