Şou-biznes

"Gözləyirdilər ki, Aygün dünyasını dəyişsin..." - FOTO

20 Noyabr 2024 14:49
Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Aygün Bəylərin bacısı, sənətçinin mahnılarının müəlliflik hüquqlarının qorunmadığından gileylənib.
 
Milli.Az xəbər verir ki, o bu haqda AZXEBER.COM-a müsahibəsində danışıb.
 
"Aygün xanımın mahnılarını oxuyan müğənnilər icazəsini alırlar?" sualına o maraqlı cavab verib:
 
"İnanın ki, bu böyük problemdir. Mahnıları oxuyanlar sağ olsunlar. Çox gözəl şeydir ki, Aygünün mahnılarını yaşadırlar. İcazə almağa ehtiyac yoxdur, halallıq almağa da ehtiyac yoxdur. Bu mahnıları Aygün onsuz da xalq üçün ifa edib. Bəlkə də müəlliflərdən icazə alırlar, bunu bilmirəm. Amma mən hərdən çox inciyirəm ki, o müğənnilər rəhmətliyin adını çəkmirlər. Sanki gözləyirdilər ki, Aygün dünyasını dəyişsin, onun mahnılarını sahiblənsinlər. Mən özüm də oxuyuram. Sadəcə olaraq istəyim budur ki, Aygünün möhür vurduğu mahnıları kimsə ifa edirsə, onun adını çəkib, rəhmət oxusun".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.