Rəsul Quliyev illər sonra sirləri açdı: “15 dəfə öpüşmüşdülər...” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev "Təhminə" filminin çəkilişlərində yaşanan maraqlı anlarla bağlı xatirələrini bölüşüb.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, filmdə adı prodüser kimi keçən eks-spiker bu barədə Musavat TV-yə danışıb. O, filmin bütün maliyyəsini özünün qarşıladığını açıqlayıb.
R. Quliyev Təhminə rolunu canlandıran türkiyəli aktrisa Meral Konratı Fəxrəddin Manafovla çəkilməyə özünün razı saldığını deyib:
"Rasim Ocaqov "Zaur" obrazı üçün aktyor axtarırdı. Mənə dedi ki, Fəxrəddin Manafovu bu rola çəkmək istəyir. Dedim, a kişi, sən nə danışırsan?! Təhminə ondan uzundur. O dedi ki, sən narahat olma, biz onu bilirik, ayağının altına bir kərpic qoyacağıq, düzələcək. Dedim, özün bilərsən, məncə, Fəxrəddin artist kimi yaxşıdır, amma onu nəzərə almaq lazımdır.
Rasim Ocaqov Leninqraddan suriyalı tapdı. Şəklini mənə göstərəndə dedim, hə, bunun boyu da yaxşıdır, yarayır. Bunu çəkdi. Sonra günlərin bir günü mənə zəng edib dedi ki, suriyalını qovmaq istəyir. Dedim, niyə qovmaq istəyirsən, nə vaxtdır, çəkilişlər gedir. Dedi ki, Meralla onların arasında məhəbbət yaranıb və bu, çəkilişə mane olur. Meral isə buna razılıq verməyib, deyib ki, belə olsa, filmdə oynamayacaq. Meralla danışıb razı salmağımı xahiş etdi. Onunla da görüşdüm və dilə tutmağa çalışdım. Meral bildirdi ki, öpüş səhnəsinə 10-15 dəfə təkrar çəkilib və artıq eyni səhnələri çəkmək istəmir. Dedim, Rasim müəllimdən xahiş edəcəyəm, həmin səhnə 2 dəfə çəkilsin. O, bununla razılaşdı. Rasim Ocaqov da filmin yarısını tamamlamasına baxmayaraq, yenidən Fəxrəddini həmin obraz üçün çağırdı".
R. Quliyev, həmçinin M. Konrata Türkiyədən geyimlər aldığını bildirib: "Mən İstabula işlə əlaqədar gedirdim. Rasim Ocaqov dedi ki, bəlkə, orada mağazalardan Təhminə üçün paltar alasınız? Meral məni brend paltarlar olan yerə apardı, 3 bahalı paltar seçdi, pulunu verdim. Filmin maliyyəsi mənə aid idi. O maliyyəni mən ödəməsəydim, film indi də yox idi. O 3 paltar 3 min dollar tutdu..."
Həmin görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
-
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - (Video)
-
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)
-
Vəfa Şərifova görünüşünü dəyişdirdi - (Video)
XƏBƏR LENTİ
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib





