"İnsanlar mənə baxanda zövq alıram" - Hüquqşünas Güllü necə topmodel oldu? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə tez-tez model və gözəllik yarışlarının keçirilməsi davam edir.
Bir neçə ay əvvəl "Top Model Miss Azerbaijan" müsabiqəsinin qalibi olmuş Güllü Əhmədova kariyerasında yaşadığı çətinlikdən danışıb.
Milli.Az müsabiqənin qalibi ilə olan müsahibəni sizə təqdim edir:
- Güllü xanım, əvvəlcə sizi yaxından tanıyaq.
- Mən Güllü Əhmədova. 30 yaşım var.Bakıda anadan olmuşam. 2 ali təhsilim var: biri hüquq digəri isə filologiyadır. Eyni zamanda incəsənət kollecini bitirmişəm. Demək olar ki, bu yaşıma qədər bütün illərimi oxumağa ayırmışam . Son 6 ildirki modelliklə məşğulam.
-Bəs necə oldu ki, hüquq təhsilinizi davam etdirmədiz?
Mən əslində, heç ciddi işləri sevmirəm. Mənimki ancaq şoudur. Amma fikrimcə hüquq bütün insanlara lazımdır.
Elə oxuduğum illərdə modelliklə məşğul olmağa başladım. Və onda başa düşdüm ki, mən səhnəni sevirəm. Mən bura aidəm. İnsanlar mənə baxanda ləzzət alıram. Kamera qarşısında tamam fərqli insan oluram. İstəyirəmki məni çəksinlər. Bu uşaqlıqdan mənim xəyalım olub.
Lakin böyüdükcə mentalitet araya girdi. Və atam- anam mənim model olmağıma əngəl oldu. Düzdür, onlar müasirdir amma "camaat nə deyər" düşüncəsi ilə hərəkət edirlər. Və mən onlara görə həyatımdan səhnəni sildim.
Oxuduğum illərdə bir təklif gəldi mənə, klipə çəkildim. Daha sonra evdə bu klipə görə söz-söhbət yaşandı. Bu səfər tamamilə üz döndərdim bu sənətdən. Elə bildim bu məndə alınmayacaq.
Amma təhsilimi davam etdirdikcə başa düşdüm ki mən bu deyiləm. Bu "Özüm" deyil.
-Bəs sizi motivasiya edən məqam nə oldu yenidən model olmaq üçün?
-Şəxsi problemim oldu, danışmaq istəmirəm bu barədə. Onda başa düşdüm ki mən təkəm. O zaman nə qohumum nə də dostum, heç kim yanımda olmadı. Bax elə onda bildim ki, heç kim xəyallarımı silməyə layiq deyil. Çox insan məni tanımadı bu hadisədən sonra. Atam belə soruşurdu - "sənsən, bu?".
Bu hadisədən sonra tamamilə özümü bu işə həsr etdim. Yarışmalara qatıldım, çoxunda da yer tutdum.Bir növ özümü təsdiqləyirdim hamıya.
- Bu yaxınlarda keçirilən gözəllik müsabiqəsinin qalibi olmusunuz. Gözləyirdinizmi bunu? Ümumiyyətlə,sizcə, hansı xüsusiyyətlərinizə görə qalib gəldiniz?
-Əli Rzayevin təşkil etdiyi yarışmaya qatılmışdım, orda üç aylıq hazırlıqdan sonra final yarışı oldu. Finalda birinci yerə layiq görüldüm. Ciddi yanaşmışdım bu yarışa. Son ana qədər həyəcanım getmirdi. Bir də münsiflərə inanırdım.Onlar çox təcrübəli şəxslər idi.
- Gözəlliyiniz sizin üçün nə zaman problemə çevrilir?
-Hər zaman problem olub bu mənim üçün. Çalışmışamki gecələr xüsusilə tək çölə çıxmayım, bu mənim üçün problemə çevrilir.
Məsələn, bu yaxınlarda bir məkana getmişdik . O məkanda hamı kimi oynayıb - əylənirdik. Və elə bir hadisə baş verdi ki, şoka düşdüm. Digər masadan oğlanlar mənə gül göndərdilər. Təbii ki, mən də götürmədim. Çünki mən ora istirahət etməyə gəlmişəm, tanışlığa yox. Bir saat sonra yenə gül göndərdilər. Mən isə bu səfər gülü götürdüm. Çünki gülü verən xanım bunun bir cütlüyün hədiyyəsi olduğunu dedi. O biri oğlan da bunu gördü. Prinsipə düşdü ki, niyə onun gülünü götürmədim digər gülü götürdüm.
Kobud rəftarla üstümə gəldi. Əsəbləşdim Təbii ki , belə bir hadisə başıma gəlməyib deyə bilmədim nə reaksiya verim. Cibindən pul çıxartdı ki, bilirsən mənim nə qədər pulum var?
Oğlan məni qucaqlamağa çalışdı . Mühafizə çağırdıq.
Onu məndən ayırdılar amma o baxmağa davam edirdi. Təbii ki, mən də narahat oldum, məkandan qalxmaq məcburiyyətində qaldım. Bu kimi problemlər çox yaşayıram.Getdiyim bütün məkanlarda demək olar ki, bu başıma gəlir.
- Gələcək planlarınız və arzularınızı eşidək.
- Gələcək planım Azərbaycanda da etməkdir. Artıq sırf bu sənətin bizim ölkəmizdə inkişaf etməsini istəyirəm. Mentalitetləri məhv edib bu yolda irəliləmək istəyən qızlar üçün çalışmaq istəyirəm. Düşünürəm ki, mən bunu bacaracağam.
Nərmin
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Faciə etməyin, elə bilin bir külək idi, gəldi keçdi” - Mətanətin cavabını VERDİ
-
Mərhum əməkdar artistin nəvəsinin TOYU OLDU
-
"Oğlumun başı üçün deyil nəsə deyə, mənim çörəyimi YEYİR" - VİDEO
-
"Mənə dedi ki, gəl, səhnədə öl"
-
Taksidə anidən Bülent Ersoy peyda olarsa... - VİDEO
-
Dua Lipanın 3 gün davam edəcək toyundan ilk FOTOlar
XƏBƏR LENTİ
-
“Faciə etməyin, elə bilin bir külək idi, gəldi keçdi” - Mətanətin cavabını VERDİ
-
Mbappe Fransa yığmasının məşqindən GETDİ - Nə baş verir?
-
8-ci mərtəbədən 5-ə YIXILDI - Təhlükəli anlar - VİDEO - FOTO
-
ABŞ-də festival zamanı silahlı HÜCUM: Yaralılar var
-
Rusiyanın bu hava limanı BAĞLANDI
-
Qızıl və gümüş ucuzlaşdı
-
Mərhum əməkdar artistin nəvəsinin TOYU OLDU
-
Türkiyədə sel FƏLAKƏTİ : Ölən və yaralananlar var
-
Bu BÜRCLƏR xüsusi şans qazanacaqlar
-
Türkiyə hesabda geri düşdüyü matçda qalib gəldi
-
"Oğlumun başı üçün deyil nəsə deyə, mənim çörəyimi YEYİR" - VİDEO
-
Çin ordusu bu ölkədə xüsusi əməliyyata BAŞLADI
-
Bu gün 2 ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
-
Tanınmış musiqiçinin 7 yaşlı oğlu faciəvi şəkildə ÖLDÜ - FOTOlar
-
Braziliya millisi qalib gəldi
-
Bu işçilərlə bağlı yenilik bu gündən qüvvəyə mindi
-
Azərbaycan gimnastları Dünya kubokunda finala yüksəliblər - FOTO
-
Hazır yuxadan asan lahmacun resepti
-
Bəzi sümüklər niyə digərlərindən daha sürətlə çürüyür?
-
"Mənə dedi ki, gəl, səhnədə öl"
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
Hansı şəxslərə kolbasa-sosis OLMAZ?





