“Əfsanəyə çevrilmək istəyirik” - Turan və Tural qardaşları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Azərbaycanı bu il "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan Bağmanovların lent.az-a müsahibəsini təqdim edir.
- Tural və Turan, oxşarlığınız və musiqi bacarığınızla demək olar ki, hər kəsi təəccübləndirmisiniz. Maraqlıdır, musiqi təhsiliniz varmı?
- 2000-ci ildə Zaqatala şəhərində anadan olmuşuq və heç bir musiqi məktəbinə getməmişik. Vokal sənəti üzrə Sumqayıt Musiqi Kollecində təhsil almışıq. Xarici dili seriallara, kinolara baxaraq, öyrənmişik. Bundan başqa, bir neçə məşhur "Talk show" proqramları izləyərək, ingilis dilini mənimsəmişik.
- Məlumatıma görə, ata və qardaşlarınızı bədbəxt qəza nəticəsində itirmisiniz. Bununla bağlı həyatınızda hansı çətinliklərlə qarşılaşmısınız?
- Atamızı və özümüzdən böyük iki qardaşımızı itirməyimiz həqiqətən də yaşadığımız ən böyük çətinlik olub. Təbii ki, maddi sıxıntılar çəksək də, həmişə öz ayaqlarımız üzərində dayanmağa çalışmışıq. Bundan əlavə, Turan iki il hərbi xidmətdə olub. Biz həmişə bir yerdə olduğumuz üçün bu müddət ərzində çətinlik çəkdik. Yaşadığımız çətinliklərə baxmayaraq, qarşımıza məqsəd qoymuşuq ki, irəli gedəcəyik. Çünki bütün bunlar insanı zəiflətməməlidir. Əksinə biz gücləndik və özümüzü sübut etdik.
- Deyirlər ki, əkizlər o qədər fərqli auraya sahibdir ki, elə bil Zaqatalada deyil, Avropada dünyaya gəliblər. Zaqatala sizin üçün nə ifadə edir?
- Zaqatalaya getdiyimiz zaman ruhumuz dincəlir. Oranın yeməkləri, təbiəti və evimiz bizim üçün vazkeçilməzdir. Zaqatalanı sevirik.
- Bəs çatmaq istədiyiniz, ən çox xəyalını qurduğunuz nədir?
- Əfsanəyə çevrilmək istəyirik. Gələcəkdə geriyə dönüb baxdığımız zaman yüzlərlə mahnı və albomumuzun olduğunu, qlobal musiqi sahəsində olmaq istəyirik. Əsas bu məqama çatmaq istəyirik. Daim yolda olmaq, dünya turuna çıxmaq arzumuzdur. Ən çox xəyalını qurduğumuz hadisə isə bir çox musiqiçilər kimi "Grammy" səhnəsinə çıxmaqdır.
- Ölkəmizi təmsil edəcəyinizi öyrəndiyiniz an nələr yaşadınız? Sevincinizi ilk kiminlə bölüşdünüz?
- Açığı heç kəsə zəng etmədik. Nəticə açıqlandıqdan beş dəqiqə sonra hər kəs artıq bilirdi ki, biz seçilmişik. Həmin an nə hiss etdiyimizi ancaq yaşayan bilər. Əvvəl başa düşmürdük, şokda idik. Bu hadisəyə necə reaksiya verəcəyimizi anlamırdıq. Çox fərqli bir hissdir. İndi anlayırıq ki, bu, realdır və mahnımızı bütün dünya dinləyir. Bundan başqa, bizi artıq tanıyırlar. Bunun üçün çox minnətdar və xoşbəxtik.
- Azərbaycanlı ifaçılardan kimləri dinləyirsiniz?
- Ən çox dinlədiyimiz "Rast" və "No land" qrupları, Rasim Müzəffərlidir.
- Bu il keçiriləcək "Eurovision 2023"-dən gözləntiləriniz nələrdir? Favoritləriniz kimlərdir?
- İlk olaraq deyə bilərik ki, finala kimi gedəcəyik. Hətta finalda ilk onluğun içərisində olacağıq. Bu müsabiqəyə öz mahnımızla qatılırıq. Gəlin, bununla fəxr edək və dəstək olaq. Bütün dünyaya sübut edirik ki, Azərbaycanın heç kimdən mahnı almağa ehtiyacı yoxdur. İnsanların bizə inanmağını istəyirik. Siz inanın və dəstəkləyin ki, biz də var gücümüzlə işləyək. Dünyaya Azərbaycanın nə qədər yaradıcı ruhlu, istedadlı insanlarının olmasını sübut edəcəyik.
Favoritlərimizə gəlincə isə bunlar Malta, İslandiya və İrlandiyanın təmsilçiləridir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tuğba milyonluq əmlakını dövlətə bağışlayacaq
-
Serdar Ortaç səhhəti ilə bağlı iddialara cavab verdi
-
Aygün Kazımova məzunların tədbirində geyimi ilə gündəm oldu - FOTO
-
"3 ildə 4 dəfə əməliyyat olundum"
-
Azərbaycanlı müğənnilərin toy qiymətləri "dodaq uçuqlatdı": 15 min manat.... - FOTOlar
-
Aygünlə Namiqin marağa səbəb olan görüntüsü - VİDEO
XƏBƏR LENTİ
-
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
-
Arzu molekulu: Beyninizin gizli mühərriki dopamini idarəetmə təlimatı
-
Kral III Çarlzın ürək və dəri üçün faydalı, əlçatan səhər yeməyi
-
İnfantinonun zarafatı italiyalı nazirin xoşuna gəlmədi
-
Hidayət Orucov vəfat edib
-
Tovuzda qəza oldu - Ölən var
-
Şamaxıda Barbekü Festivalının birinci günü - FOTO
-
Almaniyada II Dünya müharibəsindən qalmış özüyeriyən artilleriya qurğusu tapılıb
-
Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
-
Tuğba milyonluq əmlakını dövlətə bağışlayacaq
-
Serdar Ortaç səhhəti ilə bağlı iddialara cavab verdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib - Pezeşkian
-
İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq - Tramp
-
Şəhid anası vəfat etdi
-
Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır - Bəqai
-
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
-
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
-
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
-
Bir gündə ABŞ-nin qəhrəmanına çevrilən Baloqanın maraqlı həyat hekayəsi
-
ABŞ ona viza vermədi
-
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO - VİDEO
-
İngiltərə millisi ABŞ-da qarət olundu
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq





