Seriallar

"Aldanmış hisslər"in yayımı dayandırıldı

23 İyun 2020 12:19
Baxış: 3 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yayımlanan "Aldanmış hisslər" serialının yayımı dayandırılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində maddi sıxıntıların yaşandığı iddia olunub. Bildirilib ki, aktyorların bir çoxu qonorarını almadığı üçün serialdan gediblər.

Həftənin cümə günü axşam saatlarında yayımlanan "Aldanmış hisslər" ötən həftə də efirə getməyib. Onun yerinə "Vicdan haqqı" serialı yayımlanıb.

Qeyd edək ki, ekran işində Xalq artistləri Rasim Balayev, Nurəddin Mehdixanlı, Kazım Abdullayev, Arif Quliyev, aktyorlar Əjdər Zeynalov, Rəşad Kəsəmənli, Gülşən Hüseynli, Rüfət Nəzərin rol alacağı deyilsə də, zamanla aktyor heyəti dəyişib. Bir neçə müddət əvvəl isə serial ətrafında qalmaqal yaranmışdı. Bir neçə aktyor rejissoru qonorarları verməməkdə günahlandırıb, serialdan getmişdi.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.