Seriallar

Karantin qadağasını pozub çəkilişlərə başlasa da...

8 Aprel 2020 12:01
1 Şərh     Baxış: 5 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin reytinqli "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialı dünən yayımlanmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ATV-də sözügedən ekran işinin yerinə efirdə "Nihat Hatipoğlu ile Berat Kandili" təqdim edilib.

Layihənin nə vaxt yayımlanacağı barədə hər hansı bir açıqlama verilməyib.

Qeyd edək ki, serialı ərsəyə gətirən şirkət koronavirus epidemiyasına yoluxmaların qarşısını almaq üçün atılan addımlara rəğmən çəkilişlərə start vermişdi.

Ssenaridə 65 yaşdan yuxarı aktyorlara (Sabina Tovziya və Turgay Tanülkü) isə yer verilməmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.