Seriallar

Müslüm Maqomayevin həyatından serial çəkdilər - VİDEO - FOTO

21 Fevral 2020 15:42
3 Şərh     Baxış: 3 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın birinci kanalı mərhum Xalq artisti Müslüm Maqomayevin həyatından bəhs edən serialın treylerini yayımlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Mediaslovo" şirkətinin ərsəyə gətirdiyi "Maqomayev" adlanan ekran işində sənətçinin obrazını serbiyalı aktyor Bikoviç Miloş canlandırıb. M.Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya obrazına İrina Antonenko, rusiyalı bəstəkar Aleksanda Paxmutova obrazına isə Mariya Şalayeva həyat verib.

Ekran işində Babkina Kseniya, Svetlana Ustinova, Nikiya Tarasov, Alyona İvçenko, Maksim Laqaşkin də çəkilib.

Serialda hadisələr 1960-cı illərdə "Brejnev dönəmi"ndə cərəyan edir.

Qeyd edək ki, 8 seriyadan ibarət ekran işi Xalq artisti Emin Ağalarov və iş adamı Araz Ağalarovun dəstəyi ilə çəkilir.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.