Seriallar

''Sen anlat Karadeniz''in Nefesinden aylar sonra gələn MARAQLI ETİRAF

13 Yanvar 2020 18:19
0 Şərh     Baxış: 6 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki ay əvvəl sonuncu seriyası nümayiş olunan ''Sen anlat Karadeniz'' serialının baş rol aktrisası İrem Helvacıoğlu çəkilişlə bağlı maraqlı etiraf edib.

Milli.Az ''ölkə.az''a istinadən xəbər verir ki, aktrisa İrem Helvacıoğlu serialda partnyoru Ulaş Tuna Astepe haqqında müxbirlərə ''Serialın çəkilişində hündür görünmək üçün kətildən istifadə edirdim. Ulaşın boyu 1 metr 90 santimetr olduğu üçün həmişə yuxarı baxmaq məcburiyyətində qalırdım. Göz-gözə gəldiyimiz səhnələr təbii alınsın deyə, kətilin üstünə çıxırdım'' sözlərini deyib. Eyni zamanda aktrisa öz boyunun elə də balaca olmadığını, lakin tərəf müqabilinin boyunun çox hündür olduğunu da vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.