Seriallar

"Sefirin kızı" Dünyada ən çox danışılan türk serialı oldu

10 Yanvar 2020 19:45
0 Şərh     Baxış: 5 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neslihan Atagül və Engin Akyürekin baş qəhrəmanı olduğu "Sefirin kızı" serialı dünyanın ən çox müzakirə olunan üçüncü serialı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sıralama sosial şəbəkələrdə müzakirə dərəcəsinə görə müəyyənləşdirilib. Ən çox danışılan serial dekabr siyahısında (Social Wit List December) üçlüyə düşən ilk layihə olub.

Qeyd edək ki, Star TV-də yayımlanan serialda Engin Akyürek sözü keçən Sancar Efeoğlunu, Neslihan Atagül Doğulu da Türkiyənin Çernoqoriyadakı səfirinin qızı Nareyi canlandırır.

Uraz Kaygılaroğlu, Doğukan Polat, Hivda Zizan Alp, Özlem Çakar Yalçınkaya, Erhan Alpay, Erdal Küçükkömürcü, Gonca Cilasun, Tülin Yazkan, Esra Kızıldoğan, Cemre Öktemin də yer aldığı TV layihəsinin çəkilişləri Ege bölgəsində aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.