Seriallar

“Kuruluş Osman” filmi həftənin bu günü yayımlanacaq

14 Oktyabr 2019 18:19
0 Şərh     Baxış: 2 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV kanalında yayımlanacaq "Kuruluş Osman" filminin həftənin bazar ertəsi günləri yayımlanacağı gözlənilir.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, Burak Özcivitin  baş rol aldığı "Kuruluş Osman" filminin  ilk seriyaları  möhtəşəm geniş döyüş səhnələrinin yer alması ilə daha çox tamaşaçı auditoriyası toplamağa hesablanıb.

Əsas məsələ filmin həftənin hansı günləri yayımlanması ilə bağlıdır. Çünki ATV kanalında həftənin çərşənbə axşamı "Eşkiya dünyaya hökmdar olmaz", Çərşənbə günü "Sen anlat Karadeni", Cüməaxşamı "Bir zamanlar Çukrova", Cümə günü "Hercai" filmi yayımlanır.
Odur ki, yeganə olaraq filmlərin nümayiş olunmadığı gün;-Bazarertəsi günləri qalır. Ona görə də "Kuruluş Osman"ın Bazarertəsi günləri yayımlanacağı ehtimal olunur.

Onu da qeyd edək ki, filmin adı öncə "Diriliş Osman" Olsa da, rejissor Mehmet Bozdağ sonradan filmin adını "Kuruluş Osman"a dəyişdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.