Seriallar

Ali Sunal göz yaşlarına hakim ola bilmədi - “Atam qədər əziz idi”

3 Oktyabr 2019 19:24
0 Şərh     Baxış: 1 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kino sezonunun açılış filmi olan "Hareket sekiz"in qala gecəsində bir neçə gün bundan öncə dünyasını dəyişən məhşur Türk aktyoru Tarık Ünlüoğlu yad edilib.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, "Hareket Sekiz"in qala gecəsində filmin baş rol  (polis məmuru) ifaçısı Ali Sunal iddiali bir film çəkdiklərini dilə gətirib:"Tamaşaçını çox gözlədik. O üzdən də ən yaxşı bir komediya filmi ilə tamaşaçıların qarşısına çıxırıq. Biz övladımızı doğub, böyütdük, artıq söz tamaşaçınındır".

Başda filmin rejissor Levent Cengizhan olmaqla digər aktyorlar dünyasını dəyişən Tarık Ünlüoğlunu da yad edib.

Qala gecəsində Tarık Ünlüoğlunun Ali Sunalla çəkildiyi filmlərdən qısa fraqmentlər nümayiş etdirilib. Ali Sunal bu zaman göz yaşlarına hakim ola bilməyərək ağlayıb: "Sanki atam idi.Son 10-15 ildir ki, Tarık bəysiz heç bir özəl günümü qeyd etmirəm. Bu qala gecəsi onsuz olan ilk təqdimat oldu. Onu atam kimi görürdüm. Sağ olsaydı, səhhətinə baxmayaraq bu qala gecəsinə gələrdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.