Seriallar

"Solğun çiçəklər" serialı festivalda birinci oldu

23 Sentyabr 2019 15:15
2 Şərh     Baxış: 1 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir neçə gün öncə bütün sevgi və gücümüzlə çalışdığımız "Solğun çiçəklər" layihəsi Moldovada keçirilən "ТЭФИ Содружество" mükafatına layiq görülüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri adıçəkilən serialda baş qəhrəmanı canlandıran Aynişan Quliyeva İnstaqram-da yazıb.

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva qeyd edib ki, bu festivalda Müstəqil Dövlətlər Birliyindən və Baltikyanı ölkələrdən 80-ə yaxın televiziya layihəsi iştirak edib.

Aynişan qalibiyyət sevincini izləyiciləri ilə paylaşıb və onu da əlavə edib ki, ilk dəfədir ki, başqa ölkədə yerli, çox saylı bədii film mükafata layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.