Seriallar

“Aşkı memnu” 9 illik ənənəsini pozmadı - VİDEO

20 Sentyabr 2019 19:44
0 Şərh     Baxış: 4 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kanal D"nin 2008-2010-cu illərdə yayımlanan fenomen serialı "Aşkı memnu" təkrar bölümlərindən sonra "yenidən" final edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aradan 9 il keçməsinə rəğmən ötən gün baş tutan final yenə də sosial mediada müzakirə olunub.

2010-cu ildən bəri hər yay "Kanal D"də göstərilən ekran işi Tvitterdə trendin ilk sırasında olub. Bundan başqa, ümumi televiziya reytinqlərində isə 10-cu sırada yer alıb.

Baş rollarında Beren Saat, Kıvanç Tatlıtuğ, Selçuk Yöntem, Hazal Kaya, Nebahat Çehrenin yer aldığı serial indiyədək ən çox izlənmə faizi olan final bölümü ilə birinci yerdədir.

Bundan başqa, xarici ölkələrə ən çox satılan və ən çox gəlir gətirən ekran işi 9 ildir təkrar bölümləri ilə reytinqlərdə yaxşı nəticələr alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.