Seriallar

Rusiyanın tarixi serialına Xalq artistimiz də çəkilir

12 Sentyabr 2019 10:27
1 Şərh     Baxış: 2 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda çəkilişləri Türkiyədə aparılan "Rus kölə" serialında Xalq artisti Pərviz Məmmədrzayevin də rol alması məlum olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü sosial media hesabında məlumat verib.

Tarixi janrda olan ekran işi ilin ən gözlənilən serialı kimi təqdim edilir.

Rusiyalı prodüser Elena Deniseviç ekran işində həmyerlimiz Kamran Ağabalayev də Bəyazıd ağa obrazına həyat verir.

"Rus kölə"də Xorvatiya, Gürcüstan, Rusiya, Ermənistan, İtaliya kimi ölkələrin aktyorları da iştirak edir.

Qeyd edək ki, bu, Elena Deniseviçin tarixi janrda olan ilk serialı deyil. O, bundan öncə "Qızıl ordu" adlı ekran işini ərsəyə gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.