Seriallar

Nəsrinin “Yasaq alma”dakı səhnəsində Şeyma Subaşıya “söz atdılar”

10 Sentyabr 2019 10:58
2 Şərh     Baxış: 2 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin də yer aldığı "Yasaq alma" serialı ikinci mövsümünün ilk bölümü ilə ekrana gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Fox" TV-də yayımlanan serialda Nəsrinin Talat Bulut ilə olan səhnəsində yer verilən dialoq "Şeyma Subaşıya söz atıblar" kimi rəylərin yazılmasına səbəb olub.

Belə ki, ekran işində Şahika və Halitin qızının fərdi inkişaf kitabı yazması ilə bağlı söhbət edirlər. Bu zaman Talat Bulutun işlətdiyi "Ölkədə hər kəs yazıçı olub" sözlərinin "Sadəcə Şeyma" kitabı ilə uzun müddətdir gündəmdə olan Şeyma Subaşına aid edildiyi bildirilib.

Qeyd edək ki, serialda baş rolları Şevval Sam, Nəsrin Cavadzadə və Talat Bulut oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.