Seriallar

“Bacanaqlar” bitdi - FOTO

20 İyun 2019 10:00
5 Şərh     Baxış: 3 422

10 ildir davam edən "Bacanaqlar" serialı ekran həyatını sonlandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə serialın rəsmi səhifəsində məlumat yayılıb.

Səhifədə çəkiliş komandasının və aktyorların kollektiv fotosu paylaşılıb və bu şərh yazılıb:

"Hər gözəl başlanğıcın bir sonu olur. Bu gün 10 illik bir yolun sonuna gəldik, çatdıq. "Bacanaqlar" serialı tam 9 il 11 ay davam edən 444 bölümlük bir estafeti tamamladı. Bu illər ərzində bizimlə çox insanlar çalışdı. 100-dən çox əsas rol iştirakçıları, 2000-dən çox kütləvi səhnələrdə çəkilən insanlarla qarşınızda olduq. Bu 10 ildə sizə gülüş bəxş etdiyimiz üçün çox xoşbəxtik. Hər bir tamaşaçımızı öpüb bağrımıza basırıq. Yeni, daha möhtəşəm layihələrə hazır olun".

Qeyd edək ki, ekran işində baş rolları Xalq artistləri Firəngiz Mütəllimova, Fatma Mahmudova, aktyorlar Elməddin Cəfərov və Ənvər Abbasov canlandırırdı.

10 mövsüm ərzində serialda bir çox məşhur müğənnilər və aktyorlar yer alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    .... · 20 İyun 10:1692

    Şükür Allaha! Bir düşük serialda bitdi

    Cavab yaz
  • Anonim
    tt · 20 İyun 12:2281

    Axırı ne oldu ki. Menasız Serial. Buna beyem baxan olub kı

    Cavab yaz
    • Anonim
      Mahir · 20 İyun 13:3710

      Bax onu sen duz deyirsen.

      Cavab yaz
  • Anonim
    Kami · 20 İyun 14:1430

    Gun olsun diger menasiz ve dusuk seriallar da bitsin. Qulaqimiz , gozumuz ve zovqumuz dincelsin! Bura bezi show xarakterli verilisleri de aid etmek olar.

    Cavab yaz
  • Anonim
    Adil · 21 İyun 20:3410

    Canimiz bundanda qurtardi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.