Seriallar

“Çernobıl”ın keçmiş direktoru "od püskürdü": Bu cür şeyləri necə göstərə bilərsiniz?

16 İyun 2019 15:35
1 Şərh     Baxış: 2 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çernobıl AES-in keçmiş direktoru İqor Qramotkin NBO şirkətinin çəkdiyi eyniadlı serialın yaradıcılarını faktları təhrif etməkdə ittiham edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, serialın əsas personajlarının mütəmadi olaraq içməsi və əlində içki ilə ora-bura qaçışması Qramotkini xüsusilə narahat edib.

"Təhlükəsizliyin təmin olunması ilə bağlı mühüm-prinsipial qərarlar sərxoş vəziyyətdə qəbul edilirdi? Siz ümumiyyətlə kimsiniz? Bu cür şeyləri necə göstərə bilərsiniz?", - keçmiş direktor bildirib.

Qramotkin bundan əlavə tunel qazan "çılpap mədənçi"lərə də münasibət bildirib. O, qeyd edib ki, həmin vaxt iş şəraiti həqiqətən də dözülməz olub, lakin hadisəni bu cür qələmə vermək olmaz.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.